Maraqlı

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

9 Noyabr 2018 08:45
100 Şərh     Baxış: 1 772

Milli.Az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

100 Şərh:

  • Anonim
    Əsranur · 9 Noyabr 09:1550

    Dostlar,sabahınız xeyir.Bu gün özümü 9 cu şəkildəki kimi hiss etdim nədənsə..Ürəyimdə nəsə ağırlıq var.Bilmirəm havadandır,ya nədəndir..9 cu şəkli götürdüm..Mələyim,5 ci şəkildəki maşını arxanca göndərirəm."Əhməd haradadır"filmində deyildiyi kimi:Minnn,gəll..GƏLLL:))

    Cavab yaz
    • Anonim
      E.1989 · 9 Noyabr 09:2010

      Əsranur salam Şofir kimdi bəs mən olum.

      Cavab yaz
      • Anonim
        Əsranur · 9 Noyabr 09:2931

        :)))Əhməd dayı.Bu işə namizədliyini irəli sürmək istəyirsənsə,Əhməd dayını pensiyaya göndərək?Amma,bir şərtim var.BMV-nin zaşitnikinin evini yıxma,içərisi təmiz qalsın,siqaret çəkmək olmaz,maşını sürtmək qəti qadağandır.Bir sözlə,imkan varsa,içində nəfəs almaq da olmaz:)))Nə deyirsən,razısan?:)))Hə,bu arada,sabahın xeyir.

        Cavab yaz
        • Anonim
          E.1989 · 9 Noyabr 09:3710

          Bəli razlyam siqaret çəkmirem səlqeli oglanam iş adamıyam Əhməd adında dayım var onunla razılaşaram :)))

          Cavab yaz
          • Anonim
            Əsranur · 9 Noyabr 09:4830

            Vəssalam.Doverennostu yazdım adına.Mələyimi gətir mənə:)Onu əvvəlcə,yaxşıca döyəcəyəm-bizi burda bu qədər vaxtda əsir-yesir etdiyinə görə:)))

            Cavab yaz
            • Anonim
              E.1989 · 9 Noyabr 10:1700

              Oldu

      • Anonim
        1989eee · 9 Noyabr 15:3900

        09'20ee ay uşaq esranura patxod eleme:))qoca nenedi

        Cavab yaz
        • Anonim
          Əsranur · 9 Noyabr 16:0000

          Kül sənin başuva elə.Hardan bildin padxod etməyini?Adam adamla adam kimi danışanda,padxod olur,ay atxod?

          Cavab yaz
          • Anonim
            azramura · 9 Noyabr 18:2400

            Gul ele senin basina:))) bu nara ile esra ile danışdı danışdı inde sene keçib,ozune tay tapa bilmir 29 yasi var:)))

            Cavab yaz
            • Anonim
              Əsranur · 9 Noyabr 18:3300

              Külün kimin başına olduğu göz qabağındadır.

  • Anonim
    Əsranur · 9 Noyabr 09:17101

    Dünən Amalya Pənahovanın ölümündən şok oldum desəm ,yalan deyil.Bir Amalya xanımın ölümüylə,bir də İlhamə xanımın ölümüylə şok keçirtmişəm.Gecə fikirləşirəm ki,niyə məhz,bu 2 xanımın ölümünə əvvəl inanmadım?Bəlkə də,yaşamaq üçün bunların daha çox mübarizə apardığını,qocalıqla barışmadığını hiss etmişdim?!..Həmişə bir sual mənə maraqlı gəlib:İnsan ölürkən,hələ ağlı üstündəykən,son anda nə düşünür?Bəlkə də,bütün həyatını,uşaqlarının uşaqlığını,bəlkə də,ürəyinin dərinliyində ən çox sevdiyi,o birilərdən fərqləndirdiyi balasını, ya da,balalarından ən bacarıqsızını,gələcəyinə inanmadığı,sanki,özü ölərsə,ortada qalacağını zənn etdiyi həmin balasını düşünür?Bəlkə də,gözüyaşlı qoyacağı valideynlərini,o valideynləri ki,dünyaları qaralacaq,kimsəsizləşəcəklər..Bəlkə də,hansısa tamamlanmamış işlərindən narahat qalacaqlar?..Məncə,heç bir insan, ölüm anı yaxınlaşarkən,ölmək istəməz..Əvvəllər ölməyin çıxış yolu olduğunu çox düşünsə belə..Kim deyirsə ki,Ölüm son yox başlanğıcdır,mən ona inanmıram.Ölüm,elə ən böyük sondur

    Cavab yaz
    • Anonim
      E.1989 · 9 Noyabr 09:2910

      Əsranur xanım Amaliya pənəhovaya Allah rehmət eləsin birdeki yazmısan ki ölüm elə ən böyuk sondur mən bununla razılaşmıram bu dunyada son ola bilər o, dunyada əbədi biz yaşayacagıq insan öləndən sonra ruh bədən çıxır Qalxır göylərə hər bir insan öz ölümün yadına salmalıdı.

      Cavab yaz
      • Anonim
        Əsranur · 9 Noyabr 09:4661

        Bəlkə də, sən haqlısan...Bəlkə də,bu,ölümdən qorxanlar üçün düşünülmüş,təskinliklə dolu,sadəcə bir yalandır..Kim o dünyanı görüb gəlibki?Həyatımda heç vaxt nağdı qoyub,nisyənin arxasıyca qaçmamışam.Əlim-ayağım üstümdədirsə,ağzımda dad hiss edirəmsə,əlimlə toxunduğum əşyanı hiss edirəmsə,ruhun nəsə hiss etdiyi qəribə kimi gəlir mənə.Allahı əsla danmıram.Əsla!!!Amma,xəyallarla da yaşamağa öyrəşməmişəm.Müzakiyə qoşulmağın xoş oldu.Çox gənclər,saytdakı işini ona-buna sataşmaqla bitmiş bilir.Məncə,hər an nəsə öyrənməyimiz lazımdır.Gün ərzində millidə verilən hadisələrin çoxu,çox edəcəyimiz səhvin qarşısını ala bilər.Çox şeydə örnək ola bilər.Təşəkkür,gənc dost:)

        Cavab yaz
    • Anonim
      Zehra · 9 Noyabr 11:3311

      09:17 Likeeeeeeee

      Cavab yaz
    • Anonim
      Zehra · 9 Noyabr 11:4021

      Salam Esranur xanım. Adını çekdiyiniz o 2 şexsiyyet bizden ayrıldı. Amma daima qelbimizde yaşayacaqlar. Mendede olmuşdu. Ilhame xanımın ölümüne inana bilmirdim. Hele de inanmaq istemirem. Sadece fikirlerinize bigane qala bilmedim. Narahat etdimse bağışlayın

      Cavab yaz
      • Anonim
        Əsranur · 9 Noyabr 11:5120

        Əzizim,heç bir narahatlığı yoxdur.Fikir bildirməyin çox xoş oldu.Nə zaman istərsən,fikirlərimlə razılaşmasan belə,fikrini bildir.Bəlkə,mən fikrini dəyişərəm,bəlkə,sən mənim fikirlərimdə dəyişiklik edərsən.Müzakirələrə qatılan şərhçiləri alqışlayıram.

        Cavab yaz
  • Anonim
    Əsranur · 9 Noyabr 09:19100

    Ölüm,nəfəs almanın bitməsi deyil təkcə.Ölüm,hamının həyatındakı qonaq SƏNin ,bir gün səssizcə çıxıb getməsidir. Mən gedənlərin yerini boş gördüm.Mən isti-isti, gedənə ağlayıb,bir müddət sonra,gedənin xatirəsinə gülümsünəni çox gördüm. Mən kiminsə gedişindən dünyanın tükünün tərpənmədiyinin çox şahidi oldum.Gedən,ancaq öz yerini boşaldıb getdi. Həyatda heç vaxt nə ana,nə ata,nə nənə,nə baba itkisindən qorxmadım Bir uşaq ölümləri silkələdi məni. Canından bir parça olan əlin,bir gün hansısa qüvvənin tərəfindən səndən zorla dartılaraq alınacağı,səninsə,dünyadakı hər şeyini o zaman bazarlığa qoyub da,Əzrayılla danışıqlar aparacağın, sonunda isə,uduzacağını bilməkdir ən dəhşətli ölüm.Allah,içi mən qarışıq,heç bir valideynə övlad itkisi yaşatmasın.Qalan itkilərə alışmaq olur.Ata,səni böyüdən,boynunda gəzdirən baba ölümü kimi..Hətta,qapıdan çıxarkən,bəlkə də,son dəfə gördüyünü zənn etddiyin,rəngi solmuş nənən kimi..Məncə,hər bir insan,ölüm dəqiqələri yaxınlaşarkən,ondan gücü çatarsa,ən böyük sürətlə qaçar...

    Cavab yaz
    • Anonim
      E.1989 · 9 Noyabr 09:3320

      Allah heç bir valdeyinə ovlad itkisi gösterməsin

      Cavab yaz
  • Anonim
    Əsranur · 9 Noyabr 09:2090

    Qaçarsa,bacararsa,yenidən başqa cür yaşamaq,etmiş olduğu səhvləri etməyərək yaşamaq istəyər.Gəlin,sağikən,elə bu saatdan,elə bu dəqiqədən,sanki,Ölümdən qaçdığımızı,qaça bildiyimizi zənn edib də,başlayaq həyatımıza.Sabaha görəcəyimiz işləri,imkanımız varsa,bu gün edək.Çünki,zamanımızın nə qədər olduğunu bilmirik.Hamımız ölmək üçün yaşayırıq.Ölümlə həyat arasındakı yolu,səmərəli keçək..

    Cavab yaz
  • Anonim
    Əsranur · 9 Noyabr 09:2150

    Bu gün bayquşluğum tutub,mənə bənd olmayın:))Yazmaq istədim yazdım...Üzrlü sayın,dostlar.

    Cavab yaz
  • Anonim
    Əsranur · 9 Noyabr 09:3670

    Bu gün həm də,Bayraq günüdür.Bütün xalqımızı təbrik edirəm.Allah,bayrağımızı ən gözəl şəhərlərin bayraqları,ən xoşbəxt insanları olan ölkələrin ,ən uzunömürlü insanları olan diyarların ,ən mübariz,qalib ölkələrin siyahısında dalğalanmağı nəsib etsin.Heç bir məzar üstdə balasına əvəz ataya bağışlanmasın bayrağımız.Amin.

    Cavab yaz
  • Anonim
    Əsranur x.a · 9 Noyabr 09:5160

    Meyxanaçılar demiş, bu gün deyəsən təbiniz gəlib:)

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 10:3560

      :))))Aygün Kazımovaya zarafatla radio verilişlərinin birində,guya Türkiyədən zəng ediblərmiş kimi zəng etmişdilər.Guya,onun konsertini təşkil etmək istəyirlər.Aygün qayıdasanki:Olurmu ben kocamla gelim?.. Kocanız kim?sualına-Namik Karaçukurlu...O da şarkıçımı?.Yok,meyhaneçi...O ne demek?-Bedaheten diyor...Nasıl yani?? sualına cavab:Nasıl anlatayım-durub-durub,birden diyor:)))))))İndi,mən də onun kimi,durdum-durdum,birdən dedim,bedaheten yaniii:))

      Cavab yaz
  • Anonim
    Papatya · 9 Noyabr 10:1150

    Sabahiniz xeyir. Demeli Əsranur, baci, bugunku temanin adi ölüm oldu)) Şemsi Tebrizinin bele bir sozu var-"Her insan ölecek yaşdadir". Olum her an, her birimizi yaxalaya biler. Tek yaşlilar, qocalar deyil. Sen deyen kimi anam da hemise ele deyir olen sadece yerini boş qoyub gedir. Bilirsen, gormusuk cox sarsinti kecirib, aylarla ozune gele bilmeyenler de olub hansisa dogmasinin itkisinden. Ama sonra bir sekilde her kes heyatina davam edir, her kes. Yəni buna mecburdu da. Ne bilim Allah vaxtsiz ölüm vermesin. Allah ovlad acisi yaşatmasin. Aminnn

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 10:4660

      Sabahın xeyir,bacım.Bir əmim nəvəsi var idi.18 yaşında böyrək çatışmazlığından rəhmətə getdi.Ona böyrək lazım olanda,nə atasının,nə anasının böyrək verməyə cəhd etməyini gördüm.Axırda,anasına dedim ki,niyə biriniz böyrək vermirsiniz?Cavabı çox axmaqcasına verildi-Pərvin deyirki,istəmirəm..Sizə halallıq vermərəm..Mənə çox axmaq,hətta alçaqcasına verilən cavab kimi gəldi bu səbəb.O an,əmimgəlnini şillələmək istərdim.Qoy sənə halallıq verməsin,qoy lap səndən küssün,qoy heç səni dindirməsin,amma,yaşasın.Etmədilər..Dünya gözəli mələk 18 yaşında öldü.Uşağın ili çıxandan sonra,qadına iş yoldaşları yığışıb,guya dərdli anadır deyə,50 illik etdilər.Ana da,durdu arsız-arsız süzdü..Amma,danışanda,adı dərdlidir,övlad itkisi yaşayıb..Yəniki,hərə ölümü bir cür yaşayıb-dərk edir..Belə insanlar da var.Demirəm,ölənlə ölünsün.Amma,insanın ayağı yerdən üzülər axı..Bəlkə,saçını boyayarsan,amma,ürəyinin saçları ağarar..

      Cavab yaz
  • Anonim
    Papatya · 9 Noyabr 10:1210

    Dunen gec gordum, cox sagol baci qizimla bagli xos sozlerine, dualarina gore.

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 10:4710

      Dəyməz,bacım.Allah bütün balalatı xoşbəxt etsin.Amin

      Cavab yaz
  • Anonim
    Papatya · 9 Noyabr 10:1400

    8ci sekil xosuma geldi.

    Cavab yaz
  • Anonim
    Papatya · 9 Noyabr 10:2620

    "ürəyinin dərinliyində ən çox sevdiyi,o birilərdən fərqləndirdiyi balasını" Sənca bu var Əsranur? Dogurdan da ana ureyinin dərinliyində hansinsa daha cox sevir? Sevirse hansi xususiyyətinə gore daha cox?

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 10:5660

      :)3 övladım var.İlk oğlum 5 gün yaşadı,heç qucağıma ala bilmədim.5 gün şüşə arxasında nələr çəkdiyimi bir mən bilirəm.Bəzən,onu hamısından çox sevdiyimi,hamısından gözəl olduğunu düşünürəm.Övlad övladdır.Hansınısa çox sevmək qeyri mümkündür.Bunun üçün,barmaqlarını kəsib,hansının daha çox ağradığını bilməlidir insan.Bəlkə,birini kəsərsən,çox incidər İkinci də kəsilsə,canını hədsiz yandırar.5 nəfərlik servisində 2 çaşkanın sınması,servisinin naqis qalmadı kimi..Balanın hansındasa özünü tapırsan.Hansındansa rahat olursan-bacarığından,ayaqüstə dura biləcəyinə əmin olursan.Hansınınsa,zəmanəyə görə hədsiz tərtəmiz olduğunu bilib,sənsiz həyat adlı dəryada boğula biləcəyindən ehtiyat edirsən.Hansınınsa,gözləri daha iri olur,amma,ətrafında baş verənləri tam görmür,hansınınsa gözləri nisbətən balaca olub da,hər şeyin sonrasını asan görür.Hərəsini eyni ana sevgisiylə sevsəm də,hamısını ayrı-ayrı özəlliklərini bəyənirəm.Səndə,yəqinki,hələ təkdir.İnşaAllah,cüt olanda,onlatın da sənə olan sevgilərinin fərqli olduğunu h

      Cavab yaz
      • Anonim
        Papatya · 9 Noyabr 11:1530

        Caan baci cox uzuldum(( hem nece gozel ifade etmisen ovladlarini..Allah hamisini xosbext etsin. Biz de 3 usaq olmusuq. Menim anam da ovlad itkisi yaşayib. Cox erken itirib. Onun hele de dogum sehadetnamesi ve bir nece korpelik paltarini anam saxlayir en deyerli eşyasi olaraq. Ama biz vardiq, boyuyurduk, yeqin ki ureyinde senin kimi o da herden onun hesretin cekir((

        Cavab yaz
        • Anonim
          Əsranur · 9 Noyabr 11:3050

          Çox sağ ol,canım.Əlbətki,çəkir.Böyüyümün 21 yaşı olacaq.Ən az onun doğum günündə,itirdiyim övladımı xatırlayıram.Deyirəm o qalsaydı,23 olacaqdı..Hər ilin dekabrın 5 də,ürəyimdə ona ad günü edirəm.Düşünürəm-gözləri,rəngi eynən bacısı kimi olacaqdı.Çünki,bir qızım o uşağa çox oxşayır.Onun kimi ağappaq,gözləri çox da iri olmayan...Qızım bəzən ərköyünlük edir.Deyir,o qalsaydı,mən olmayacaqdım axı,səni tanımayacaqdım:)))

          Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 11:0140

      hiss edəcəksən.Əsas isə,dost ol.Böyük oğlum mənə çox vaxt mama demir.Baxıram vvhatsappa-Mişqulu salam.Necəsən,ilk aşkım?yazısını görürəm.Onunla keçid dövrünü çox çətin keçdik.İkinci isə,heç danışqan deyil.Amma,bir cümləsiylə bir dünya danışır.Qız çox danışır.Dil boğaza qoymur,çox da gülür.Amma,çox uşaqsıdır.Uşaqların hamısı ayrı şəxsiyyətdir.Əlbətki,onları fərqləndirən xüsusiyyətlər çoxdur.Amma,Allah uzaq etsin,birinin dırnağına bir şey olarsa,heç biri lazım olmaz mənə.Çünki,məndən adam çıxmaz.Ona görə də,Allah heç birimizi övladla sınamasın bircə.

      Cavab yaz
      • Anonim
        Papatya · 9 Noyabr 11:2540

        Caaan baci)) masaAllah..bax en onemlisi budur..eziyyetle boyutduyun ovlad sozun her menasida xeyirli ovlad olsun. Eynen men heyatimin hec bir anini artiq onsuz tesevvur ede bilmerem. artiq gelecekle bagli arzularimda, dualarimda ilk o var. Allahim eksikliklerini yaşatmasin. Amin. Nece huzulu notlara koklendik bugun)))

        Cavab yaz
        • Anonim
          Əsranur · 9 Noyabr 11:4140

          İnşaAllah,onun bütün gözəl günlərini yaşayacaqsan da.Hələ,onun balalarını da qucağına alacaqsan.Mənim bir devizim var həyatda-övladlarımın hər bir səhvləriylə arxalarında duracağam.(Bir,Allah uzaq etsin-təcavüzdə silərəm övladı.Ona da ki,başımla cavabdehəm,əminəm.Ayaqlarının altındakı qarışqanı əzmirlər)Övlad,sanki,yenicə yola düşən bir qatardır.O,hər relsdən çıxdıqca,valideyn onu relsə qoyub,yenidən yoluna yönləndirməlidir.Bu yolda usanmaq,yorulmaq olmaz.Çünki,o yolundan çıxarsa,təkcə özünə ziyan verməz.Ona görə də,başqalatını da düşünməliyik.Bizim dünyaya gətirdiyimiz varlığın,başqasına ziyan verməyə haqqı yoxdur.Görürsən,həmişə davaya can atan mənin,arada ağıllı-ağıllı danışmağı da var:))))Hər mövzuda varam.Maraqlandıran,müzakirə etmək istədiyin mövzu olarsa,Şaxta babanı səsləyirmiş kimi,məni səsləməyin yetər:))))❤❤❤Bunlar da sənin olsun.

          Cavab yaz
          • Anonim
            Papatya · 9 Noyabr 12:5710

            Hee gorurem))) ve verdiyin ekskuliziv cavablara gulurem ancaq.(aşagidaki serhin kimi meselen) Kefim acilir))))men her den baxanda ki burda ara qarisib mezheb itib)) yazmiram.

            Cavab yaz
            • Anonim
              Əsranur · 9 Noyabr 13:0610

              :))))Mənə əslində elə momentdə vəh gəlir.Tomris kimi,qılıncımı belimə bağlayıb,dəmir dəbilqəmi hər ehtimala qarşı başıma qoyub,atılırame meydana:))))

  • Anonim
    SEVİL · 9 Noyabr 10:4631

    Aylı ulduzlu bayrağıma baxıram- qəlbim gülür..Bayrağım dalğalanırsa, mən vüqarlıyam ,vətənim müstəqildi ..Bayraq mənim qələbə sevincimdi -- Vətənimin zəfər günündə göylərə yüksəlir,bayraq mənim qəm sirdaşımdı-- ölkəmin hüzn anlarında endirilir. Bayraq mənliyimdi ,bayraq kimliyim Bayraq -- öz yurduma öz hakimliyim..

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 12:0500

      ❤❤❤❤❤❤

      Cavab yaz
  • Anonim
    Papatya · 9 Noyabr 11:2900

    Bayraqla bagli şerh bolumu bağlidir deyesen.. Tebrik edirem men de 100 yaşli bayrağimiz munasibetile

    Cavab yaz
  • Anonim
    DİNAZAVURUN = · 9 Noyabr 11:4611

    :)))))AY-QORXAQLAR:))))ÖLÜM MELEYİ SİZİ ALACAQ

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 12:2453

      Ölüm Mələyi bizi aparanda,sənin canını analiz bankəsinə qoyub,Baba dağın başına,insan ayağı dəyməmiş yerə qoyacaq.Adamda baş yerinə kudu olanda,yazdığı da,balqabaq sokundan başqa heç nə olmaz.

      Cavab yaz
      • Anonim
        PRiNS · 9 Noyabr 15:0711

        Salam, Esranur xanım. 11:46-da yazan men deyilem.

        Cavab yaz
        • Anonim
          Əsranur · 9 Noyabr 15:1000

          Salam,Prins.Bilirəm.Səni o qədər ucuz biri kimi tanımıram.

          Cavab yaz
          • Anonim
            PRiNS · 9 Noyabr 15:4201

            Buna göre çox sag olun.

            Cavab yaz
            • Anonim
              Əsranur · 9 Noyabr 16:0110

              Dəyməz

  • Anonim
    PRiNS · 9 Noyabr 15:0833

    "Qelbimizde ebedi yaşayacaq" DEYENLER, sizin qelbiniz ebedidir ki??????

    Cavab yaz
    • Anonim
      Prens xanıma · 9 Noyabr 15:4021

      Bes nece"

      Cavab yaz
  • Anonim
    PRiNS · 9 Noyabr 16:00104

    BAYRAĞIN TARiXi... Melum olan ilk bayraq İranın Şahdad sehrasında tapılmış qartal başlı Tunc bayraqdır. O, 4500 il evvel Elam dövletinin olmuşdur. Qedim bayraqlar mehz metaldan olurdu ve orduda işlenirdi. Misir, Hett, Fars ve Assur imperiyalarının metal bayraqları melumdur. İlk Parça(ipek) bayraq e.e. V esrde Ehemeni ordusunda görülmüşdür-Herodot yazır. Hele de resmi yaşayan en qedim bayraq Danimarkanındır(~300 il). İlk bayraq menalı söz "Avesta"dakı Derafş sözüdür. Bayrağın müqeddesliyi de çox qedimdir. Roma legionlarının Vexillum adlanan qızıl qartal bayrağı ordunun şerefi idi. Sasani dövrü farsları ise Derafş Kaviani adlı efsanevi milli bayrağa sitayiş edirdiler.

    Cavab yaz
  • Anonim
    PRiNS · 9 Noyabr 16:07123

    "Bayraq" kelmesi qedim türkce "batraq" sözündendir. Uyğurlarda o Batruk adlanırdı.Batraq xaqanın çadırı önüne batırılırdı ve ya sancılırdı (Sancak sözü). Türkler bayrağın ucuna sitayiş heyvanın kelle skeletini taxırdılar. Destelerin ise at tükü bayrağı olurdu(Tuğ). İlk ipek türk bayrağı VI esrden melumdur. Her tayfa bu ipeyin üstüne öz totemini çekirdi-Kipçaqlarda iki bıçaq, göytürklerde Qurd, bayandurlarda Qoç, onoqurlarda on ox ve s..

    Cavab yaz
  • Anonim
    PRiNS · 9 Noyabr 16:1094

    İlk Ay-ulduzlu üçrengli bayraq (göy, qırmızı, yaşıl) 1697-ci ilde Belucistanda Xaran dövletinin olub ve Azerbaycan bayrağı ona çox benzeyir.

    Cavab yaz
  • Anonim
    PRiNS · 9 Noyabr 16:1483

    İlk ay-ulduzlu qırmızı bayraq(Türkiye bayrağının tam eynisi) 1024-cü ilde Şerqi Asiyada kiçik Riau-Linqqa feodal dövletinin olub.

    Cavab yaz
  • Anonim
    PRiNS · 9 Noyabr 16:2863

    O dövr Cenubi Asiyada daha bir neçe sultanlığın bu bsytaqdan vsr idi.

    Cavab yaz
  • Anonim
    PRiNS · 9 Noyabr 16:2993

    Dünyanın en dehşetsaçan bayrağı XVII esrde Q.Afrikada Benin ölkesinin idi. Üzerinde ağ Avropalının başını kesen Zenci eks olunmuşdu.

    Cavab yaz
  • Anonim
    PRiNS · 9 Noyabr 16:3183

    BMT önünde asılan Qaraçı bayrağının ölkesi yoxdur.Çünki qaraçıların ayrıca dövleti yoxdur.

    Cavab yaz
    • Anonim
      ALYaSkA · 9 Noyabr 19:2933

      Axsamin xeyir dostum.Necesen?) Bugunku paylasdigin bayraq barede melumati boyuk maraqla oxudum. Tesekkur edirem sene. Bayraq mohtesem bir simvoldu. Bayraqlari diqqetle nezerden kecirende dovletlerin psixoloji veziyyetini de gormek olur mence(rengi adlandirdiqlari menaya gore). Bir de bir seyi sorusum BMT onunde dovleti olmayan bayragin asilmasina sebeb nedi?

      Cavab yaz
      • Anonim
        PRiNS · 9 Noyabr 20:0713

        Salam olsun)) Esl sen necesen dostum? Men bele de. Bayraqlar haqqında melumatları tesadûfen toplamisam) Meselen, beluclar haqda haçansa oxuyanda üçrengli bayragi görmûsdüm. Malay sultanlıqlarını oxuyanda da)) Oxudugun ûçün çox sag ol. Yazdiqlarin dogrudur. Meselen Qrenland bayragi kimi. Sen onu görmüsen? BMT-de didergin qaraçı xalqını unutmayıblar...

        Cavab yaz
        • Anonim
          oralardan · 9 Noyabr 21:0820

          BMT-nin onunde 193 bayraq var, 192 -si uzv olkeler ve 1 BMT-nin resmi bayragi. Roman milletinin(qaracilar) bayragi orda yoxdu.

          Cavab yaz
        • Anonim
          ALYaSkA · 9 Noyabr 21:1100

          Cox sag ol dostum men demek olar ki cox yaxsiyam.) Sendeki melumatlar hevesden yaranir demek,ya da tarixe olan sadiq sevgiden. Her halda ikisi de eyni seydi)) Yalan demeyim Qreland bayragi ile hardasa 3 deqiqe olar tanis olum. Cox maraqli estetik gorunusu varmis. Maraqlidi o dairenin menasi nedir goresen?)

          Cavab yaz
  • Anonim
    ƏSİ. · 9 Noyabr 18:3040

    7-ci foto qarı çox sevən F.S.D xanımın,8-ci mələyin,9 ❤️lə mənim...Bayraq günümüz mübarək.Həmişə yüksəklərdə dalğalansın,qürur mənbəyimiz olsun.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 9 Noyabr 18:3250

    Salam.Ürək dostumun ürəyi açılıb bu gün.Səbəbini bilirəm,mübariz dostumun hər şeyin öhdəsindən gələcəyini də həmçinin.Çünki ölüm bizim gerçəkliyimizdir,onunla üzləşmək hamımız üçün var.Harda?Nə vaxt?bilmədiyimiz təkcə budur...Əflatunun(Platon)dediyi kimi:”Kim bilə bilər ki,bəlkə də həyat bir ölüm,ölüm bir həyatdır.Bəlkə də,biz indi ölülərik”...Çevrəmizdə demək olar ki,hər gün kimlərsə ölür.Ən yaxınımızda,”o olmadan yaşaya bilmərəm”dediklərimiz,sevdiklərimiz ölür,öz başımıza da,ölümə çox yaxınlaşdığımız hadisələr gəlir.Nəticə olaraq;yaşayır və bu an bu yazıları oxuyursunuzsa ölüm sizin üçün çox uzaqdadır,”təcrübə edilməmişdir”.Ölümə və sonrasına dair mövzular hər nə qədər insanı düşünməyə vadar etsə də,insan yaşadığı müddətcə ölümdən uzaq bir həyat sürər.Buradakı ölümdən uzaqlıq,hələ həyatda olmaq mənasındadır çünki insan oğlu həyatın ən kəskin gerçəyi olan ölümü hər an bərabərində daşıyır.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 9 Noyabr 18:3250

    Bu bərabərlik elə möhkəm və eyni zamanda elə düşməncədir ki,bilinən zamanın başlanğıcından bəri insan ölümü məğlub etməyə çabalayıb və”ölümsüzlük”deyə bir şeyi var etməyə çalışıb.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 9 Noyabr 18:3350

    Kainatın digər canlılar və varlıqlarla birlikdə çox kiçik parçaları olan bizlər,eyni digər canlılar kimi ölümlə nəticələnəcək bir hekayəyə sahibik.Bu yönümüzlə onlardan heç də fərqli deyilik.Bizi onlardan ayıran ən təməl xüsusiyyətimiz olan düşünmə qabiliyyətimiz və onun məhsulu”ölümsüzlük fikri”isə hekayəmizi biraz fərqli qılar.—Öz növümüzdən birinin ölümü digər canlıların ölümlərinin yanında çox daha dərin bir hadisədir.Bizim xaricimizdə canlıların ölümü isə insan həyatının”çox adi”bir gerçəyidir.Öz növlərimizin ölümlərinə”dərinlik”qatan isə şəxsən bizlər olmuşuq.Bunu ölümlərin ardından edilən rituallarda,ölülər üçün inşa etdiyimiz tikililərdə və daha bir çox şeydə görmək olar.Biz insanlar öləcəyimizi bilirik amma bunu unuduruq.Niyəsi yəqin ki,yaradıllşımızdan ya da xislətimizdən doğan bir şeydir...Özünüzü üzməyin,yaşadığınız zamanı dəyərləndirməyi bacarın.Unutmayın həyat əbədi deyil.

    Cavab yaz
    • Anonim
      Əsranur · 9 Noyabr 21:1200

      Super.

      Cavab yaz
    • Anonim
      Ayla · 10 Noyabr 16:3600

      Ne danisirsan? 100 il dusunsek aglimiza gelmezdi dediklerin. Cox derindir.Xususi ile dusunmek qabiliyyetimizin olmasi, cox aciqlayici oldu.Dehset agilli qadinsiz.

      Cavab yaz
  • Anonim
    ALYaSkA · 9 Noyabr 19:0731

    Axsaminiz xeyir. Bir seyi deyim. Heyatda var olan menfi ne varsa bize evezolunmaz gorunur. Meselen kimsenin eqosu zirvelerde-hamini asagilayici gorecek bir seviyyededirse o bizim ucun "qururlu,merd ve.s."kimi tesir bagislayir. Sanki onun asagilayici baxislari,tehqir dolu nezerleri onu gozumuzde qehreman edir. Eslinde ise..Goturek ele Ilhame Quliyevani. Onu sevenleri,olumune tesirlenenleri basa dusmurem.Eger sohbet mesumiyyerden gedirse niye lazim olan yerde gosterilmir o? "Sagliginda qiymet verin"demirem sadece sagliginda ebes yere qiymet verilmisdi deyirem. Cemiyyete asagilayici baxislardan biri yox oldu. Menfi obrazlari seven,destekleyen insanlar sadece novbeti menfiliklere qanad vermis olurlar. Lazim olan yerde eks etdirmek lazimdir o humanist dusunceni. Diger halda tam menasiz gorunur. Kimse ustune almasin amma bu menim sexsi fikrimdir. O insan hec bir ebediyyete haqqi catacaq bor is gormeyib.

    Cavab yaz
    • Anonim
      PRiNS · 9 Noyabr 20:0822

      Razıyam. Özü de çox.

      Cavab yaz
    • Anonim
      ƏSİ. · 9 Noyabr 20:1941

      Axşamın xeyir:).Onun ölümünə üzülənlər elə də çox deyil məncə.Sadəcə ölməyəcək kimi bir fikir formalaşmış ola bilər insanlarda.Həmişə güclü,şux görünən,baxımlı,demək olar ki,hər gün efirlərdə hökm satan bir artistin ölümü mənə də təsir etmişdi.Ölümünü eşidəndə şok keçirmək,təsirlənmək səbəbi budur.Hər nə etmişsə də,etmişdir artıq.Haqq,nahaqq yadda qalacaq,xatırlanacaq.Zaman o tarixi necə dəyişəcək hələ bilinmir balaca dost:)

      Cavab yaz
      • Anonim
        ALYaSkA · 9 Noyabr 21:1800

        Axsamin xeyir Esim ) Mene en qeribe gelen bilirsen nedi? Ele birinin olumune teeccublenmek. Hansi ki "Dunya hec Isgendere de qalmadi" deyimi daha genis yayilib. Dunyanin ona qalacagini kimse gozlemirdi. Ona aid olan sehifelerde hele sag oldugu vaxtda men ona mehz olumunu xatirladacaq serhleri daha cox gormusdum. "O dunyaya da agaliq edeceksen?"deye serhleri cox gormusdum buna gore de cemiyyetin teeccubleneceyini gozlemirdim.

        Cavab yaz
      • Anonim
        Əsranur · 9 Noyabr 21:2151

        Əsi,fikrinə öz fikrimi də bildirmək istəyirdim.Elə zəmanəyə çatmışıq ki,bəzən ,ancaq ya əzən,ya da əzilən olmalısan.Əgər,variant ancaq bu ikisindən birini seçməksə,niyə də əzən olmayaq?!İlhamə xanımın sadə insanlara pisliyi olmayıb.Onu kor-koranə qınayanlara hələ heç...Əgər,şou biznesdəkilərə guyaki,qan uddurubsa,lap əcəb edib.Onun qan uddurdiqları da yəqinki,imkanları olsaydı,İlhaməni əzmək eşqində olanlar olub ki,yerində oturdub.Bəs,ona yaltaqlananlara,əlini öpməyi şərəf bilənlərə,qarşısında təzim edənlərə nə ad verək?Yalnız Allah kimin düz,kimin səhv olduğunu bilə bilər.Mən onu baxımlı qadın kimi dəyərləndirmişəm.Baxımlı hegemon kimi yaşadı,o tərəfə heç nə aparmaq mümkün olmadığına görə,yəqinki,mal-dövlətinin kimə qaldığı da vecinə olmadı.Onu baxımlı qadın kimi bəyənməmə isə,heç kim göstəriş verə bilməz.

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 9 Noyabr 23:0910

          Doğru,razıyam səninlə.Sonuncu cümlənə isə əminəm.Hər halda”nə düşünürəm o”demək bizim ən böyük xüsusiyyətimizdir:)

          Cavab yaz
          • Anonim
            Əsranur · 9 Noyabr 23:2120

            Tam deməzdim.Haqlı sözü uşaq da desə,fikrim dəyişilər.Amma,o cümlə haqlı deyildi.Mənə pisliyi dəyməyən insana nəyimsə naminə pisdir deyə bilmərəm.Mən heç pisliyini gördüyümə tam olaraq pis demirəm.Onun yaxşısını da tapıb deyirəm.

            Cavab yaz
            • Anonim
              ƏSİ. · 10 Noyabr 00:0210

              Fikrin dəyişməsi deyil o,razılaşa bilərik:).Bilirəm,biz axı ürək dostuyuq.

  • Anonim
    ALYaSkA · 9 Noyabr 19:1634

    Her hansisa zirveye dirmasmaq cemiyyet ucun vacibdir. Eger sen o zirvede yalniz eqoizm numayis etdirmek ucun varsansa demeli o cixdigin zirve deyil. Zirve cah-celalla,cemiyyete ikrah dogurucu nezerler,asagilayici reftarlar demek deyil. Bele insan zirvede oldugunu sadece dusune biler olan o ki,o sadece ucuruma teref enib,neinki zirveye qalxib. Belelerine yuksek qiymet vermekle cemiyyeti mehve dogru surukleyirik. Cemiyyetin bu halina sebeb de mehz budur.

    Cavab yaz
    • Anonim
      Adımı yazmıram · 9 Noyabr 19:5664

      Yaşın catmadıgı yerə girmə deyirəm.Sənin başa düşəcəyin işlər deyil bunlar.Get dərs oxu, nə bilim mütaliə elə.Öz fikirlərini özündə saxla.

      Cavab yaz
      • Anonim
        ALYaSkA · 9 Noyabr 21:2811

        Cemiyyeti berbad eden mehz bu cumledi-"Yasin catmayana qarisma". Menim ucun yas mehdudiyyeti yodur. Hem de ne yazmisam ki,orda yasimdan boyuk ise qarismis olmusam? Serhimi bir de oxuyun mence. Butun islerimi planlasdirib sonra serh yazmisam. )

        Cavab yaz
    • Anonim
      PRiNS · 9 Noyabr 20:1013

      Biz Zeynalabdin Tağıyeve böyük heykel qoymalıyıq....

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 9 Noyabr 20:2212

        Salam.Onun tarixini dəqiq bildiyinə əminsən?Heykəl qoymalıyıq amma söhbət məsumiyyətdən gedirsə bu böyük təzad olar:)

        Cavab yaz
        • Anonim
          PRiNS · 9 Noyabr 21:3700

          Salam, Esi xanım. Men he) Sen özün de bilirsen ki men kitab-defterden oxuyan, ya da dersliklerde sırınan saxta melumatla qurtarmıram) Men heykeli onun gördüyü işlere göre qoyardım. Qız mektebi bes ederdi.Ardını sorussan deyecem)

          Cavab yaz
          • Anonim
            ƏSİ. · 9 Noyabr 21:5200

            Konkret olaraq düzdür təkcə o bəs edər amma...Bilirsən zaman və ölüm şəxsi keyfiyyətləri tam olaraq tarixə ötürmür.Tanınmış şəxsiyyətlər zirvəyə çatmaq üçün çox yerdə tapdalayır,eqoistləşir.Hitler mövzusundakı çıxışın yadındadır hər halda.

            Cavab yaz
            • Anonim
              PRiNS · 9 Noyabr 22:5302

              Eledir ki var,ESi xanım. Misal ûçün biz Mehemmede baxa bilerik.. Bu gün ise onun "ora burasını yonub" ve "eyer-eskiyini" düzeldib cemiyyetin meneviyyatı namine deyişdirmek var. Bu ise hansisa tarixi şexsin bedii eserdeki arzuolunan obrazı kimidir. Bu zaman onun real kimliyi heç kese lazım deyil))).............

            • Anonim
              ƏSİ. · 9 Noyabr 23:0400

              Bəli,bəli:).Əsil sənətkarlar örnək olaraq çox mükəmməl sənət əsərləri yaradıblar.Bəs onların qazancı nə olub?

            • Anonim
              PRiNS · 9 Noyabr 23:1900

              Dünyada canlılar üçün en böyük mesele İSTEMEKdir.Bütün hereket ve hereketsizlik ordandir.... Ne qazanmışlar? Heyatlarinin en böyük qayesini-istediklerini yaratmaga, reallasdirmaga çalismislar, cehd etmisler. Alinanda varlîqları boyda neşe duymuşlar.(Biz de beleyik he?) ....Alinmayanda bir perdeye resm edib kirpiklerinden asmışlar. Bu meglubiyyetdir.....

            • Anonim
              Ayla · 10 Noyabr 16:4000

              Another verbal diarrhea!

      • Anonim
        Znacit tak · 9 Noyabr 21:1420

        Bu princ bala gelen kimi Bu kalyaska balasa cixir ortadan.Demeli eyni baladi her ikisi.Vallah duz sozumdu

        Cavab yaz
    • Anonim
      ƏSİ. · 9 Noyabr 20:2110

      Mən isə deyirəm,zirvəyə dırmaşmaq üçün EQO şərtdir.Hər adam elə ola bilmir,bacarmır.

      Cavab yaz
      • Anonim
        ALYaSkA · 9 Noyabr 21:2400

        Menim gozumdeki zirvede dayanan insani mutleq milyonlarin tanimasi vacib deyil urek. Zirvede o insandir ki cemiyyetdeki ferd ucun ureyi yanir,gucu catani yerine yetirmekden cekinmir,basqasinin peoblemine "neyime lazimdi? Qohum deyil,yoldas deyil" fikri ile yanasmir. Bax esl Zirvede mehz ele biri dayanir,hetta onu azi 100 nefer tanimis olsa bele. Dirnaqarasi "Zirveciler"ise yalniz yerin en son qatinda- dibindedirler.

        Cavab yaz
        • Anonim
          ƏSİ. · 9 Noyabr 21:3400

          Məsələn?Var elə biri?:)Maraqlı müzakirə olar məncə:)Yəni məqsəd müzakirə olsun...

          Cavab yaz
        • Anonim
          ƏSİ. · 9 Noyabr 23:1500

          Şəxsi görüşlərin maraqlı və ən əsası özünəməxsusdur.Balaca dost,niyə peyğəmbərləri demirsən:).Onlar ki,tam sənin dediyin qəbildəndilər.Mükəmməl,xeyirxahlıqla yüksələn,minillərlə yaşayan,xatırlanan.Hər halda daha heç kimin belə yüksəkliyə çatmağı mümkünsüzdür:)

          Cavab yaz
          • Anonim
            ALYaSkA · 9 Noyabr 23:4401

            Cox sag ol Esim Mene gore o zirvede dayanmis varliq peygember deyil.En azindan onlar baresindeki ehvalatlar insan beyninin mehsuludu.

            Cavab yaz
  • Anonim
    ALYaSkAYA · 9 Noyabr 23:0220

    Qrenland bayragi-Qırmızı eskimosları-inuitleri (qırmızıderilileri), ağ Danimarkalilari// qirmizi 6 ay alaqaranligi, ag 6 ay Güneşi// qırmızı azadligi, ağ sülhü// qirmizi xristianligi, ağ inuit animizm dinini// qirmizi Güneşi, istini, ağ Qarı ve soyugu// qirmizi torpagi, ag buzu remz etmişdir. Ave Prinse))

    Cavab yaz
    • Anonim
      ALYaSkA · 9 Noyabr 23:2413

      Yeni her menada ikiye bolunmus bir bayraq.)Deyesen men bu olkeni mutleq diqqetde saxlamali olacam. Qari bayragin simvolu eden olke )) Tesekkur edirem Prins. Usaq olanda bayraqlara diqqetle baxanda mene ele gelirdiki onlarin her biri dil acib danisir.Tebii ki,cox az plkenin bayragini mueyyen edirdim simvollari ile. Bir bayragi hec beyenmemisem))

      Cavab yaz
      • Anonim
        PRiNS · 9 Noyabr 23:3703

        Çox sag ol Günel. Men de en az 2 bayragi beyenmirem. Biri ölkeye layiq deyil, biri nalayiqdir)) Ne ise. He, Qrenlandiya. O yaziqlarda günah yoxdur ki. Ölkenin 80%-i daimi buzla örtülüb. Ta bayraga da gedib çıxıb da.

        Cavab yaz
        • Anonim
          ALYaSkA · 9 Noyabr 23:4800

          Maraqlidi goresen hansi bayragi deyirsen) Deyesen 1-cini tapdim amma 2-cisine bir sey gelmir aglima))

          Cavab yaz
          • Anonim
            PRiNS · 9 Noyabr 23:5600

            Şerh yazdım. Verilse yaxşıdır. Gecen xeyre qalsın..

            Cavab yaz
            • Anonim
              ALYaSkA · 10 Noyabr 19:1600

              Menim serhim niye yoxdur?

        • Anonim
          Prince · 9 Noyabr 23:5120

          Ozune ar gelmirki qiz nikiyle yazmaga.Ozun-özüne günel demeye?Niye bu gune qoyursan ozunu?

          Cavab yaz
          • Anonim
            Ayla · 10 Noyabr 16:4100

            Esranur dozmedi,getdi baybaya.

            Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.