Maraqlı

WhatsApp-da daha bir yenilik

30 Oktyabr 2018 08:59
0 Şərh     Baxış: 4 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" şirkətinə məxsus olan "WhatsApp" messenceri, nəhayət ki, uzun müddət rəqib messencerlərdə mövcud olan stikerləri reallaşdırıb. Messencer komandası və kənar dizaynerlərin stikerlər dəsti yaxın həftələrdə sözügedən messencerin "Android" və "iOS" tətbiqindən istifadə edənlərə tədricən əlçatan olacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "WhatsApp"ın nümayəndələri hesab edirlər ki, stikerlər messencerdə öz emosiyalarını "Giphy" xidmətindən ".gif" formatlı şəkillər və ya emojilərlə ifadə edə bilməyən şəxslər üçün əlavə bir vasitə olacaq. Mesaj yazılan sətirdə stikerlərin göndərilməsi üçün yeni düymə olacaq. Həmin düyməyə sıxmaqla stikeri seçmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.