Maraqlı

Ən bahalı malikanə satılır - FOTO

26 Oktyabr 2018 13:41
0 Şərh     Baxış: 3 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın ən bahalı malikanəsi sayılan "Chartwell" satış qiyməti aşağı salınıb.

Milli.Az MLs-ə istinadən bildiririr ki, ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceloesin Vestsayd səmtində, Bel-Eyrdə yerləşən bu malikanənin ilkin satış qiyməti 350 milyon dollar idisə, indi həmin malikanəni 250 milyon dollara satın almaq olar.

"Univision" korporasiyasının sahibi, mediamaqnat Cerri Perençio bu malikanən 1986-cı ildə milyarder, otellər şəbəkəsinin sahibi Arnold Kirkbebdən satın almışdı.

Mediamaqnat malikanəni alandan sonra dizayner Anri Semüelə və memar Pyer Barbyeyə tam təmir layihəsini sifariş vermişdi.

Perençio bu ilin may ayında 86 yaşında vəfat edib.

10,3 hektarlıq ərazidə yerləşən, 18-ci əsr fransız sarayı stilində tikilmiş  malikanənin 22 metr uzunluğunda hovuzu, bağları, tennis kortları, bal zalı, 40 avtomobilik yeraltı qarajı, 12 min butulkalıq şərab zirzəmisi var.

"Multiple Listing Service" şirkətinin satışa çıxardığı malikanə 1962-1971-ci illərdə ABŞ-da çox populyar "The Beverly Hillbillies" komediya teleserialında Klampettlər ailəsinin evi idi.

Malikanə 1930-cu ildə memar Samner Spoldinqin layihəsi əsasında inşa olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.