Maraqlı

Google-da böyük qalmaqal: "boss"lar iş yerini "eşq yeri"nə çeviriblər - FOTO

27 Oktyabr 2018 09:57
0 Şərh     Baxış: 2 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Android əməliyyat sisteminin yaradıcısı Endryu Rubin əxlaqsızlıqla və seksual qısnamalarda suçlanıb. Google korporasiyasının top-menecerlərindən biri olan 55 yaşlı amerikalı E.Rubin cəzalanmayıb.

Milli.Az The New York Times-a istinadən bildirir ki, Google menecerinə 90 milyon dollarlıq təzminat verərək onu işdən kənarlaşdırıb.

2013-cü ildə korporasiyanın qadın əməkdaşlarından biri Rubini əxlaqsızlıqda, seksual qısnamada suçlayıb. Qadının dediyinə görə, Rubin onu otel otağında oral seksə vadar edib.

Google rəhbərliyi insidenti araşdırıb və Endryu Rubinin suçlu olduğuna qərar verib.

2014-cü ildə isə Google-un rəhbəri Larri Peyc əxlaqsız menecerin işdən qovulmasına əmr verib.

Google-un baş icraçı direktoru Sundar Piçainin dediyinə görə, son iki ildə şirkət 48 əməkadaşını seksual qısnamalara görə işdən qovub və onların heç birinə təzminat ödənməyib.

Lakin korporasiya E.Rubinə 90 milyon dollarlıq təzminat vermək qərarına gəlib.

E.Rubin 2014-cü ildən bəri hər il 2 milyon dollar alıb. Növbəti ödəniş bu ilin noyabr ayında olmalı idi.

E.Rubin iddiaları qəbul etmir: "New York Times-ın məqaləsində çoxsaylı yanlışlıqlar və təhriflər var. Kimsəni otel otağında oral seksə vadar etməmişəm. Bu "əhvalat" boşanma prosesində qalib gəlmək istəyən sabiq arvadımın yaydığı şayiələrdir. Üstəlik, mənə ödənmiş təzminatın məbləği də fantastik dərəcədə şişirdilib".

Fəqət, Google-da gerçəkdən də, iş yerini "eşq yeri" edən rəhbərlər var və onlar üçün çox pis örnək elə korporasiyanın bosslarıdır.

1998-ci ildə Google-u yaratmış Larri Peyc və Sergey Brinin məşuqələri vardı.

Peyx şirkətin ilk texniki menecerlərindən biri, indi Yahoo-nun icraçı direktoru olan Marisa Mayerlə aşiq-məşuq olublar. Halbuki onların ikisi də ailələidir.

Google-un sabiq baş icraçı direktoru Erik Şmidtin məşuqəsi isə katibəsi idi.

Sergey Brinin də iş yerində məşuqəsi olub.

İş o yerə çatıb ki, 2002-ci ildə Google-un hüquq departamentinin rəhbəri işləməyə başlamış Devid Drammond özünə məşuqə qismində işçisini, hüquq məsələləri üzrə baş menecer Cennifer Bleyklini seçmişdi.

2007-ci ildə onların oğlu doğulub. Drammondun arvadı bu "eşq"dən xəbər tutanda Bleykli işdən qovulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.