Maraqlı

Loboda xəstəxanadan fotosunu paylaşdı

25 Oktyabr 2018 20:24
0 Şərh     Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün təcili olaraq böyrəyindən əməliyyat olunan Rusiyanın və Ukraynanın pop ulduzu Svetlana Loboda açıqlama yayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, instaqramda xəstəxanadan fotosunu paylaşan müğənni hər şeyin gözlənilmədən baş verdiyini bildirib.  O, oktyabr ayında baş tutacaq konsertlərinin təxirə salındığını elan edib:

"Məni əzizlərim, sizə kədərlənərək yazıram. Son günlərdə başıma gələn hər şey ağrılarımın yaranmasına səbəb oldu və planlarımız pozuldu. Mən konsertlərimi gözləyirdim. Son 6 ay ərzində biz sizin üçün xüsusi şou hazırlayırdıq. Sizi sevindirmək, sürpriz etmək, ilhamlandırmaq, bütün məhəbbətimi mahnılarıma çatdırmaq istəyirdim.

Amma həyat gözlənilməzdir. Problemlər də gözlənilmədən gəlir. Təcili əməliyyat olunmalı idim. əməliyyat qərarı üçün 3 dəqiqə vaxt var idi, seçimim yox idi. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Oktyabr ayında planlaşdırılan konsertlərimiz yanvar ayınadək təxirə salınıb. Konsertlərimizə qatıla bilmirsənsə, bileti qaytarma imkanınız var.Alınan bütün biletlər mübadilə etmədən yeni tarixlər üçün etibarlıdır. Özünüzə və yaxınlarınıza qayğı göstərin".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.