Maraqlı

Cessika Alba keçmişi ilə bağlı sirləri açdı - FOTO

25 Oktyabr 2018 13:35
0 Şərh     Baxış: 1 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu Cessika Alba keçmişi ilə bağlı danışmağı xoşlamır.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, 3 uşaq anası olan aktrisanın heç kəsin bilmədiyi sirləri üzə çıxıb. Məlum olub ki, Cessika 15 yaşı olanda qaçırılıb.

"The Sun" qəzetinin xəbərinə əsasən, 1996-cı ildə 15 yaşlı Cessika "Flipper" serialının çəkilişlərində olanda qaçırılıb. Onu 14 saat girov saxlayıblar. Ona gələn qəribə telefon zənglərini zarafat zənn edən Cessikanın əllərini və ağzını bağlayaraq bir avtomobilin baqajın atıblar. Aktrisa onu qaçıranlar barədə məlumat vermədiyi üçün cinayət işi açılmamış qalıb.

Amma onun həyatı bundan başqa da eniş və yoxuşlarla dolu olub. Cessikanın ağ ciyərlərindəki problem uşaqlıq və gənclik illərinin böyük bir hissəsinin astma və sətəlcəm kimi problemlərlə üzləşməsinə səbəb olub. Bundan başqa tez-tez kişilərin təcavüzünə məruz qalıb.

"Tez-tez kilsəyə ibadət etməyə gedirdim. Məndən yaşda böyük kişilər məni çox narahat edirdilər. Rahib də açıq-saçıq geyindiyim üçün bunların başıma gəldiyini deyirdi. Amma, əslində, mən elə geyinmirdim. Kişilər tərəfindən bəyənilməyimi artıq günah kimi qəbul etməyə başladım. O dövrdə qadınlığımdan və bədənimdən utanırdım", - Alba bildirib.

18 yaşlı olanda özündən 12 yaş böyük aktyor Maykl ilə sevgili olub. Maykl ona evlənmə təklifi edib. Amma cütlük 2003-cü ildə ayrılıb. Sonradan Cessika aktyor Ceş Uorrenlə görüşməyə başlayıb. Bir müddət sonra cütlük ayrılıb. Amma sonradan Cessika Ceş ilə barışıb və cütlük ailə qurub. Hazırda onların iki qızı və bir oğlu var.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.