Maraqlı

Burak “Diriliş Ərtoğrul”-da - FOTO

24 Oktyabr 2018 09:30
0 Şərh     Baxış: 2 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Burak Özçivitin "Diriliş Ərtoğrul" serialında oynayacağı ilə bağlı bir müddətdir səsləndirilən iddialara son qoyulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, serialı çəkən "Tekden Film" şirkətinin həmtəsisçisi və prodüseri Mehmet Bozdağ sosial mediada Burakla fotosunu paylaşıb və "Diriliş Osman" üçün razılıq əldə edildiyini bildirib:

"Dünyanın 65-dən çox ölkəsində maraqla izlənilən "Diriliş Ərtoğrul" serialı 2019-2020 mövsümündə "Diriliş Osman" formatı ilə davam edəcək. Həmin layihədə "Osman" obrazını Burak Özçivit canlandıracaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.