Maraqlı

Qıza bahalı maşın və evlənmə təklif edən oğlan rədd cavabı aldı - VİDEO

23 Oktyabr 2018 21:27
0 Şərh     Baxış: 4 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində qız insanların gözü qarşısında imkanlı oğlanın evlənmə təklifini rədd edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, oğlan qıza "Lamborghini" markalı avtomobil də hədiyyə etsə belə, qarşı tərəfin müsbət cavabına nail ola bilməyib. Oğlanın dizə çökərək evlənmə təklifinə rədd cavabı verən xanım "Bağışla, istəmirəm" deyə bildirib.

Lakin oğlan fikrindən dönmək niyyətində olmayıb. Onun "Çoxlu pulum var, nə qədər istəsən, o qədər sənə avtomobil ala bilərəm. Mənə ərə gəl" yalvarışına qız "Nə olsun ki, pulun var?" deyərək rəfiqəsi ilə birlikdə görüş yerini tərk edib.

Qəzəblənən oğlan isə gül buketini səhnəni lentə alanlardan birinə atıb və nişan mərasimi üçün hazırladıqlarını dağıtmağa başlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qıza bahalı maşın və evlənmə təklif edən oğlan rədd cavabı aldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.