Maraqlı

Niyə çox təvazökar olmamaq lazımdır?

23 Oktyabr 2018 21:07
0 Şərh     Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox mədəniyyətdə təvazökarlıq yaxşı bir xüsusiyyət kimi qəbul edilir.

Ancaq yeni araşdırmalar qurur hissi keçirtmək və bunu göstərmək meylinin təkamül səbəblərinə bağlı olaraq inkişaf etdiyini və bu gün də əhəmiyyətli rol oynadığını göstərir.

Çoxumuz qürurun və lovğalanmağın pis bir şey olduğuna qulaq asaraq böyüyürük. Amma lovğalanmağı dağıdıcı bir təsir olaraq qəbul etmək ona qarşı haqsızlıqdır. Bu hissin bir təkümül funksiyası olduğunu və dünya ilə ünsiyyətdə mühüm rol oynadığını göstərən yeni məlumatlar var.

Qürur nümayişlərinə hər mədəniyyətdə və hər yaşda rast gəlmək olar. Ona aid edilən məlum bir vəziyyət belə vardır: dik durmaq, qolları açmaq, başı yuxarı qaldırmaq kimi.

British Columbia Universitetinin psixologiya professoru və "Pride: The Secret of Success" (Qürur: Müvəfəqiyyətin sirri) kitabının müəllifi Jessica Tracy-nin apardığı araşdırmalar, anadangəlmə kor olan insanların belə bu duruşu nümayiş etdirdiklərini və bunun qürurun sosial cəhətdən öyrənilən bir davranışdan çox təkamül qurluşumuzun bir hissəsi olduğunu göstərir.

Başqa bir yeni araşdırmaya görə, qürur hissi insana və ətrafındakılara bəzi sosial faydalar gətirdiyi üçün meydana çıxır. California Universitetində təkamül psixoloqiyası üzrə professor Leda Cosmides ovçu-toplayıcı cəmiyyətlərdə, insanın rifahının əhəmiyyəti mövzusunda digər üzvləri razı salmaqda qürurun əsas rol oynadığını bildirir.

atlet

Cosmides-in universitet tələbələriylə apardığı araşdırmada, çətin bir işin öhdəsindən gələn zaman və ya müəyyən xüsusiyyətimiz səbəbiylə keçirdiyimiz qürur hissinin təkamül baxımından güclü bir motivasiya mənbəyi olduğu qəbul edilir.

"Əgər vaxtınızı müəyyən bir bacarığı öyrənməyə sərf etsəniz, bunun insanların qiymətləndirdiyi bir bacarıq olması sizin nöqteyi-nəzərdən daha yaxşı olar" Cosmides deyir.

Dəyərli bir bacarığınız olduğunu göstərməyin ən yaxşı yolu bundan keçirdiyiniz qürur hissini göstərməkdir. Bu qürur hissini göstərdiyiniz zaman "nailiyyətinizi reklam etmiş" olursunuz, Montreal Universitetinin psixologiya professoru Daniel Sznycer belə deyir.

"Əks halda müvəfəqiyyətinizin nə olduğunu, sizə nə qədər dəyər vermək lazım olduğunu bilmərəm".

2017-ci ildə dərc edilən başqa bir araşdırmada Sznycer, Cosmides və başqa tədqiqatçıların 16 ölkədə keçirdikləri təcrübələrdə iştirakçılara bəzi müsbət xüsusiyyətləri olan insanlar təsvir edilmiş və buna görə o insanlara bal verməkləri istənmişdi.

Başqa bir qrupa isə o xüsusiyyətlərə sahib olduqları təqdirdə nə qədər qürur hissi keçirəcəkləri sualı verilmişdi.

gururlu kadınQürur insanın həm özünə, həm də cəmiyyətə faydalı bir xüsusiyyətini ətraf dünyaya göstərməyin bir yoludur

Bal vermə ilə qürur səviyyəsi arasında paralellik müşahidə edilib. Yəni bir xüsusiyyətin bizə qurur hissi verəcəyini düşünsək, bu, o xüsusiyyətlə digər insanlara yaxşı görünmək vəziyyətidir.

Bir müvəfəqiyyətdən hiss etdiyimiz qürurun böyüklüyü, digər insanların o müvəfəqiyyətə verdiyi dəyərlə müəyyən olunur.

"Qürur hissinin böyüklüyü, sosial dünyanın etdiyiniz şeyə nə qədər dəyər verəcəyinin ölçüsüdür", Cosmides deyir. "Bu hisslər qərar mexanizminə göndərilən siqnallardır. Sosial cəhətdən nə qədər fayda görəcəyinizi təxmin edirlər".

Bu araşdırmanın sənayeləşmiş ölkələrdə həyata keçirilməsi səbəbiylə qürurun təkamül yoluyla insanda yaranmış bir xüsusiyyətmi olduğu, yoxsa media vasitəsiylə bir-birindən öyrənilmiş bir davranışmı olduğu sualına aydınlıq gəlmədiyindən yeni bir araşdırma aparılıb.

Hər qitədən kiçik icmaları da təmsil edəcək tərzdə 567 nəfərə əvvəlki araşrımadakı suallara oxşar suallar verilib.

Burada da eyni əlaqə irəli çıxıb. Yəni insanların məlum xüsusiyyətlər üçün keçirəcəkləri qürur dərəcəsi başqalarının o xüsusiyyətlərə qarşı hiss etdiyi heyranlıq dərəcəsi ilə üst-üstə düşüb.

mezuniyet

Sznycer qürurla ona verilən sosial dəyər arasındakı əlaqənin insan olmağın bir xüsusiyyəti olaraq inkişaf etdiyi fikrindədir.

Bəs qürur bu qədər əhəmiyyətlidirsə, niyə pis qəbul edilir?

Mütəxəssislərin fikrincə, bir müvəfəqiyyətdən və ya xüsusiyyətdən dolayı keçirdiyimiz qürur ona verilən həqiqi sosial dəyəri aşdığı zaman meydana çıxır. Bu vəziyyət heyranlıqdan çox məyusluq yaradır.

Jessica Tracy-yə görə, işin sirri özünə hörmətin aşağı olması, çoxlu dost sahibi olmamaq, aqressivlik kimi xüsusiyyətlərlə əlaqəsi olduğu qəbul edilən təkəbbürlə hədəflərimizə nail olub öz dəyərimizdən şübhə etmədiyimizdə hiss etdiyimiz həqiqi qürur arasında seçim edə bilməkdən keçir.

"Çox insanın ağlına ilk gələn "pis qürur" olur... bu təkəbbür, lovğalanmaq, özünü öz gözündə böyütmək xüsusiyyətidir.

Halbuki nailiyyətləri qarşısında həqiqi qürur hissi keçirənlər sosial münasibətlərdə çox ugurludurlar, özünə hörmətləri yüksəkdir, münasibətdə olduqları partnyorlara yaxından bağlıdırlar, ideal insan xüsusiyyətlərinə sahibdirlər".

Mühüm olan qürur hissinin narsisizm (özünə vurğunluq. xudbinlik) və təkəbbürdən deyil, həqiqi uğurdan qaynaqlanmasıdır.

Narsisizm optimal səviyyə olmaya bilər, amma sağlam və dayaqları olan bir qürura qucaq açmaq lazımdır. Çünki təkamülün bizə bu qüruru hiss etdirdiyini deyə bilərik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.