Maraqlı

İspaniya milyonçularının sayı çox sürətlə artan ilk on ölkə sırasına daxil olub

24 Oktyabr 2018 07:21
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pireney yarımadasında yerləşən bu krallıq "pul dağarcıqları"nın sayının artım dinamikasına görə dünyada səkkizinci yeri tutub. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, KİV-lər bu barədə məlumatı İsveçrənin "Credit Suisse" bankına istinadla yayıblar.

Krallıqda 851 min milyonçu yaşayır. Onların 60 min nəfəri bu elit "maliyyə klubu"na cari ildə daxil olmuş yeni milyonçulardır.

"Credit Suisse" analitiklərinin apardığı tədqiqat göstərir ki, ayrı-ayrı şəxslərin əlində toplanmış sərvətin məcmusu 2017-ci il iyulun 1-dən 2018-ci il iyunun 30-dək olan dövr ərzində 14 trilyon dollar, yəni 4,86 faiz artıb. Ümumi rifahın artım sürəti dünya əhalisinin artım sürətini qabaqlayır.

"Credit Suisse"nin proqnozlarına görə, İspaniya milyonçularının sayı çox sürətlə artan ilk on ölkə sırasındakı yerini yaxın on ildə qoruyub saxlayacaq. İspaniya milyonçularının sayı artaraq 2023-cü il üçün 1 milyon 200 min nəfərə çatacaq. Hətta Amerika Birləşmiş Ştatlarında da milyonçular təbəqəsi ləng - 5 il ərzində cəmi 18 faiz artacaq. Yeri gəlmişkən, Böyük Britaniya (30 faiz), İtaliya (33 faiz) və Fransa (40 faiz) kimi dövlətlər də İspaniyadan geri qalacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.