Maraqlı

Dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücü-körpüsü istifadəyə verilib - VİDEO - FOTO

24 Oktyabr 2018 07:35
0 Şərh     Baxış: 2 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücüsü-körpüsü istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çinin cənubundakı Cuxay şəhərini, Honqkonq və Makao xüsusi inzibati ərazilərini birləşdirən yol ötürücüsünün ümumi uzunluğu 55 kilometrdir. Bunun 23 kilometri körpü, 6,7 kilometri tunel, qalan hissəsi isə iki süni ada üzərində yoldur.

İnşasına 2009-cu ilin dekabrında başlanılan ötürücü ötən ilin dekabrında təhvil verilib. Bundan sonra bir neçə sınaq həyata keçirilib.

Əvvəllər Honqkonq, Cuxay və Makao şəhərləri arasında hərəkətə sərf olunan 3 saatlıq müddət bu yol ötürücüsünün vasitəsilə 30 dəqiqəyə enəcək.

Oktyabrın 23-də Çin Xalq Respublikasının Sədri Si Cinpin Cuxay şəhərində yol ötürücüsünün açılış mərasimində iştirak edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın dəniz üzərində ən uzun avtomobil yol ötürücü-körpüsü istifadəyə verilib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.