Maraqlı

Çexiya prezidenti aliment verməyən əlili əfv edib

24 Oktyabr 2018 08:59
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çexiya Prezidenti Miloş Zeman alimenti ödəmədiyi səbəbindən bir il müddətinə azadlıqdan məhrum edilmiş hər iki ayağını itirən vətəndaşın əfvi barədə əmr imzalayıb. Eyni zamanda, dövlət başçısı göstərilən maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə həmin şəxs barədə təkrar cinayət işini dayandırıb. Prezidentin mətbuat katibi İrji Ovçaçek qeyd edib ki, ölkə başçısı öz qərarı ilə "aliment ödəməyənlərə haqq qazandırmır".

Bu əfv Miloş Zeman tərəfindən prezident postunda imzalanan 11-ci oxşar sənəddir. 2013-cü ildə siyasətçi bəyan etmişdi ki, o, əfvetmə hüququndan yalnız humanistlik mülahizələri baxımından istisna hallarda istifadə edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.