Maraqlı

Odisseyin gəmisi tapıldı? - VİDEO - FOTO

23 Oktyabr 2018 11:36
0 Şərh     Baxış: 2 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən 2400 il əvvəl qəzaya uğrayaraq batan gəminin qalıqları aşkarlanıb. Qalıqlaq Bolqarıstanın Varna şəhərinin sahillərindən 80 km aralıda, Qara dənizin dibindədir.

Milli.Az The Times-a istinadən bildirir ki, Qədim Yunanıstandakı şəhər-dövlətlərdən birinə məxsus olmuş 23 metrlik gəminin qalıqlarını "The Black Sea Maritime Archaeology Project"in tərkibindəki axtarış qrupu tapıb.

Gəmi dənizin dibində, oksigenin çox az olduğu mühitdə olduğundan yaxşı qalıb. Tapındı qədim yunan dənizçilərinin və tacirlərin Elladadan nə qədər uzaq məsafələrə səfər etdiklərini göstərir. Üstəlik, gəmi, hazırda Britaniya Tarix Muzeyində saxlanan və "Sirena vazası" adlanan amforanın üzərindəki mozaikanadakı gəminin təkrarıdır.  Amforanın üzərində sirenaların səsindən qorunmaq və onlara aldanıb dənizə atılmamaq üçün dor ağacına bağlanmasını əmr etmiş Odisseyin rəsmi var.

12 avarlı bu gəmi Homerin "Odisseya" epik poemasının qəhrəmanı çar Odisseyin gəmisi də ola bilər. Hər halda ekspertlər bunu istisna etmirlər.

Gəminin qalıqları 2 km dərinlikdədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Odisseyin gəmisi tapıldı?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.