Maraqlı

Macarların üçdəbiri...

22 Oktyabr 2018 23:39
0 Şərh     Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanda sığorta şirkətlərindən birinin apardığı sorğu nəticəsində məlum olub ki, macarların üçdəbiri mütəmadi olaraq impulsiv alış-veriş edir. Yəni, bu alıcı kütləsi özlərinə lazım olmayan və almağı nəzərdə tutmadıqları mallara pul xərcləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sorğunun nəticələrinə görə, macar alıcıların 50 faizə yaxını standart alış-veriş zamanı qiymət və keyfiyyət nisbətini əsas götürür, 25 faizi ucuzlaşmış məhsullar, 17 faizi isə yalnız ən ucuz malları alırlar.

Sığorta şirkətinin şöbə müdiri Erika Şçaubun sözlərinə görə, alıcılar "gələcəyiniz haqqında düşünürsünüz?" sualına cavabında bildiriblər ki, bunun üçün onların yetərincə pulu yoxdur. "Lakin, eyni zamanda, bu kateqoriyadan olan insanların qənaətlə bağlı problemləri var və bu məsələdə biz onlara kömək etməyə çalışırıq", - deyə şirkət nümayəndəsi əlavə edib.

Araşdırmalar göstərib ki, impulsiv alıcıların bir çoxu qadınlar və 40 yaşından aşağı Budapeşt sakinləridir. Bununla yanaşı, hər on nəfərdən biri istifadə olunmayan ərzağı da zibilliyə atır. Respondentlərin 60 faizi isə aldıqları paltarı cəmi bir-iki dəfə geydiklərini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.