Maraqlı

Artıq işçilər nahar fasiləsində YATA BİLƏCƏK

22 Oktyabr 2018 23:30
0 Şərh     Baxış: 2 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündəlik iş qrafikimiz bədənimizi və zehnimizi elə yorur ki, qısa müddətlik də olsa, dincəlmək ehtiyacı duyuruq. Amma ofis şəraitində buna nail olmaq mümkünsüzdür. Təhsildə də dünya lideri olan finlandiyalılar işçilərin göstəricilərini yüksəltmək məqsədilə bu problemə çözüm yolu tapıblar.

Milli.Az xəbər verir ki, Helsinki şəhərinin "Sofia Future Farm" şirkəti ofislərdə xüsusi təlimlər icra edən məşqçilər hazırlayır.

Artıq həmin məşqçilər ofislərə gedib, iş qrafikini nəzərdən keçirməyə başlayıblar. İş saatlarına görə rəhbərlik işçilərə 30 yaxud 60 dəqiqə yuxu vaxtı ayırır.

Adətən oturaq vəziyyətdə çox qalmaqdan belimiz, onurğa sütunumuz ağrıyır, və nəyin bahasına olursa-olsun iş otağını tərk etmək istəyirik. Elə bu an köməyimizə işdə yatmaq ayini çatır.

Xatırladaq ki, Helsinki şəhərində başladılan bu xeyirxah fəaliyyət üçün işçilərin maaşından pul kəsilmir. Əksinə şirkətlər işçilərinin yatıb dincəlməyindən çox məmnundurlar. Yaxında bu ənənə digər şəhərlərə də sirayət edəcək.

Təcrübə həmçinin işçilərin daha məhsuldar olmasına imkan yaradıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.