Maraqlı

Şəhərin mərkəzindən qoyun sürüsü keçdi - VİDEO - FOTO

22 Oktyabr 2018 14:10
0 Şərh     Baxış: 3 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın şimal-qərbindəki Leon vilayətindən 1550 qoyun və 80 keçi İspaniyanın paytaxtı Madrid küçələrindən keçirilib.

Onları süvari çobanlar və çoban itləri müşayiət edirdilər.

Milli.Az European-a istinadən bildirir ki, ispan çobanlar 1994-cü ildən belə "qoyun paradı" keçirərək sürüsü qədim marşrutlarla qışlağa aparmaq hüquqlarını müdafiə edirlər.

Qoyun sürülərini İspaniyanın cənubundakı otlaqlara aparmaq üçün çobanlar 15-ci əsrdən bəri Madrid şəhərinin meriyasına simvolik məbləğ ödəyirlər.

Bu məbləğ Madridin mərkəzi meydanından keçən hər 1000 qoyun üçün 50 maravediyə (orta əsrlərdəki pul vahidi, - red.) bərabərdir.

Madrid meri Manuela Karmena da qatıldığı aksiyanı naxırların və sürülərin yaylaqdan qışlağa aparılması ənənəsi olan Almaniya, Fransa, Macarıstan, İsveç, Argentina və Yeni Zelandiyanın səfirləri də seyr ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.