Maraqlı

Britni Spirs xəyanət etdiyi sevgilisini unutmayıb - VİDEO - FOTO

22 Oktyabr 2018 13:47
0 Şərh     Baxış: 1 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı müğənni Britni Spirs, sən demə, aktyor və müğənni Castin Timberleykin yaralıcılığının pərəstişkarıdır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 36 yaşlı Spirs ilə 37 yaşlı Timberleyk 1999-2002-ci illərdə sevgili olublar.

Britni Spirs evinin həyətində idman edərkən çəkilmiş videonu İnstagram-dakı profilində paylaşıb. Spirs idman təmrinlərini Timberleykin ifasındakı mahnılardan birinin, 2006-cı ilin hiti "LoveStoned"in sədaları altında icra edib.

Britni Spirslə Castin Timberleyk "The Mickey Mouse Club" şousunda tanış olmuşdular.

Timberleyk müğənni Kristina Aqileradan ayrılmış, Spirsə vurulmuşdu. Lakin 2002-ci ildə Spirs ona xəyanət edəndə Timberleyk münasibətləri kəsmişdi. O, Britni Spirslə münasibətlərinə "Cry Me a River" mahnısını da həsr etmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Britni Spirs xəyanət etdiyi sevgilisini unutmayıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.