TV8 kanalında yayımlanan "O Ses Türkiye" verilişində maraqlı anlar yaşanıb.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, münsiflər kürsüsündə əyləşən müğənni Hadisə iştirakçının mahnısından təsirlənib.
Belə ki, səhnəyə çıxan Sercan Aytepe Orxan Ölməzin "Damla-damla" mahnısını ifa edib. Bunu eşidən Hadisə kövrələrək ağlayıb. O bildirib ki, keçmiş sevgilisi yadına düşüb.
"Hamımızın bir eşq hekayəsi var. Eşq də var, ayrılıq da. Bu mahnı mənə sərbəst şəkildə eşq yaşadığım günlərimi xatırlatdı".
Emin
Milli.Az