Maraqlı

Bekhemin evini yarmaq istədilər - FOTO

22 Oktyabr 2018 10:14
0 Şərh     Baxış: 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur futbolçu Devid Bekhemin evini qarət etmək istəyiblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, başlarında balaklava olan üç naməlum şəxs İngiltərənin Oksfordşir qraflığındakı Kotsuold-Hilsdə yerləşən malikanəyə girmək istəyiblər.

Bekhemlər ailəsinin yaşadığı evin dəyəri 8,5 milyon dollardır.

Oğrular özlərini o qədər rahat hiss ediblər ki, nərdivandan istifadə ediblər. Bu zaman evdə heç kim olmayıb. Devid Bekhem xanımı Viktoriya və övladları ilə birlikdə Avstraliyanın Sidney şəhərindədirlər.

Onlar Britaniya şahzadəsi Harri və onun xanımı Meqanın dəvəti ilə "Invictus Games"in ("Məğlubedilməzlər Oyunları") təntənəli açılış mərasiminə dəvət olunmuşdular.

Oğruları malikanənin yaxınlığındakı "Soho Farmhouse" restoranının müştəriləri qorxudublar. Onlar quldurları görəndə polis çağırıblar, bir neçə kişi isə malikanəyə tərəf qaçıb.

Bədəməllər malikanədəki müşahidə kameralarına düşüblər.

Devid Bekhemin qonşuluğunda britaniyalı teleaparıcı Ceremi Klarkson, sabiq baş nazir Devid Kemeron, şahzadə Harrinin malikanələri var.

Viktoriya Bekhem bu xəbəri eşidəndə ağlayıb. O, çox sevdiyi malikanədə artıq özünü və ailəsini təhlükəsizlikdə hiss etmədiyini deyərək evin satılmasını istəyib.

Devid buna etiraz edəndə Viktoriya ağlayıb.

Bu səbəbdən Devid Bekhem malikanənin mühafizəsinin gücləndirilməsi barədə göstəriş verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.