Maraqlı

Dünyanın ən yaxşı hava limanı seçildi

20 Oktyabr 2018 22:43
0 Şərh     Baxış: 1 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Business Traveller Awards 2018" mükafatının versiyası üzrə Sinqapurun Çanqi hava limanı 31-ci il ardıcıl olaraq dünyanın ən yaxşı hava limanı seçilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamın Sxiphol hava limanı Avropanın ən yaxşısı, Londonun Hitrou hava limanı isə "tax-free" sistemi ilə ƏDV məbləğini geri qaytarmaq istəyən şopinq həvəskarları üçün dünyanın ən yaxşısı seçilib.

Aviaşirkətlər arasında "British Airways" 3 nominasiya üzrə qalib gəlib: "Qısa məsafələrə ən yaxşı daşıyıcı", "Daimi müştərilər üçün ən yaxşı proqram" və "Ən yaxşı salon" (5-ci terminalın gözləmə zalına görə).

"Ən yaxşı loukoster" kateqoriyasında Britaniyanın "Easyjet" şirkəti qələbə qazanıb. "Şərqi Avropanın ən yaxşı aviaşirkəti" nominasiyasında "Aeroflot" birinci pillədə qərarlaşıb.

"Business Traveller Awards" mükafatı 1988-ci ildən oxucuların səsverməsinin nəticələri əsasında verilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.