Maraqlı

Müsəlman olmayanlardan kimlərsə behiştə gedəcəkdirmi?

23 Oktyabr 2018 22:55
0 Şərh     Baxış: 1 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan xəlq olduqdan indiyə qədər Allahın yerə göndərdiyi din - əslinrə eyni bir dindir. Ona görə də hər bir din Allah yanında xüsusi məqam və əhəmiyyətə malikdir, eləcə də onların davamçıları.

Axirətdə insanın xilas olması iki şeydən asılıdır. Əgər insan saleh əməllər yerinə yetiribdirsə, Allahı və Qiyamətini düzgün tanıyırsa və Quranın da buyurduğu kimi səlim qəlbə malikdirsə - Qiyamət günü xilas olanlardan olacaqdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İslam maarifi buyurur ki, Allah Təala, Öz ədaləti üzərindən hökm verər. Yəni, Allah adildir və hüccətini tamam etmədən heç kəsə əzab verməz. O zaman ki, onları Kitabına və göstərişlərini yerinə yetirməyə dəvət edər - artıq heç kəsdə bundan boyun qaçırtmaq üçün bəhanə qalmaz. Ancaq əgər Allah bəzi insanlara hüccətini tanıda bilməmiş və onlar Allahı tanımadan dünyadan gedibdirlərsə - əlbəttə ki, Adil Allah onlara əzab verməyəcəkdir.

İslam dinində küfrün bir neçə mənası vardır. Onlardan biri - həqiqətləri inkar etməkdir. Bu insanlar Qiyamət günü əzaba düçar olunacaqlar.

Hər bir əməlin iki tərəfi olar. Biri əməlin xaricidir, biri isə batini, yəni niyyət və qəsdi. Əgər əməlin hər iki tərəfi yaxşı olarsa, bu cür əməl insanı Qiyamət günü xilas edər. Hətta əgər bu əməli müsəlman olmayan biri yerinə yetirsə belə.

Bəzi günahlar vardır ki, insanın saleh əməllərini məhv edə bilir. Ola bilsin ki, müsəlman olmayan biri saleh əməl yerinə yetirsin, ancaq sonra bəzi günahlar etməklə həmin əməlini məhv etsin.

Əgər Peyğəmbərin (s) besətindən sonra qeyri-müsəlmanlar haqq dinin ardınca olarsa və onu inkar etməzsə, o zaman təqsirkar hesab olunmaz, baxmayaraq ki, Məsihin (ə) dinidə, ya Musanın (ə) dinində və başqa dinlərdə olsa belə.

Əgər bu insanların yaxşı əməlləri məhv olmazsa, Şəhid Mütəhhərinin təhlilinə əsasən, onlar fitri müsəlmanlar hesab olunarlar. Axirətdə də nicat tapanlardan olacaqlar.

Şəhid Mütəhhəri bu haqda buyurur: "Əgər insanda təslim sifəti olarsa və İslam dininin həqiqətlərini qəbul edərsə - o, bu yolda təqsirsizdir. Allah ona əzab verməz və cəhənnəmdən nicat tapar.

Əgər bir insan bir canlıya - mühüm deyildir ki, insan olsun, heyvan da ola bilər - heç bir qarşılıq gözləntisi olmadan yaxşılıq edərsə, həmin əməl ona cəhənnəmdən nicat verər. Bu insanların fitrətində Allah nuru vardır.

Baxmayaraq ki, dillərində Onu inkar edərlər, ancaq batinlərində Allah və Qiyamətin varlığına inamları vardır. Ona görə də onlar küfr əhli kimi məhşur olmayacaqlar. Baxmayaraq ki, dilləri inkar etsə belə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.