Maraqlı

Toxunma imkanı olan virtual əlcək

23 Oktyabr 2018 21:50
0 Şərh     Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heç cür istənən səviyyəyə gələ bilməyən virtual reallıq (VR) texnologiyası üçün nəhəng bir addım atılmaq üzrədir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, virtual reallıq eynəkləri hər nə qədər sınayanlar üçün mükəmməl bir təcrübə təqdim etmiş olsa da, heç cür davamlılıq göstərə bilmədi. Texnologiyanın heç cür istənən sürətdə təcili qazanmaması, eynəklərin xərclərinin və satış qiymətlərinin salına bilməməsi kimi bir çox faktor buna səbəb oldu.

Bu texnologiya həyəcanverici olduğu qədər əskik bir təcrübə təqdim edir. Tam fərqli bir yerdə olduğunuza gözləriniz inansa da, 5 duyğumuzdan biri olan toxunma hissi buna maneə ola bilirdi. Dextres adı verilən bu yüngül əlcəklərlə virtual reallıqda toxunduğumuz obyektlərə həqiqətən də toxunmuş kimi hiss edəcəyik.

Hələ inkişaf mərhələsində olan cihazla əlaqədar bazara çıxarılma tarixi qeyd edilməyib. Bu texnologiyanın yaxın gələcəkdə tam fərqli bir səviyyəyə çatacağını söyləmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.