Maraqlı

“Winamp” illər sonra geri qayıdır

23 Oktyabr 2018 21:40
0 Şərh     Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Winamp" musiqi proqramı bir tətbiq olaraq telefonlara gəlməyə hazırlaşır.

Milli.Az modern.az-a istinadən bildirir ki, 1997-ci ildə ilk dəfə olaraq fəaliyyətə başlayan "Winamp" 2002-ci ildə AOL tərəfindən alınmış və inkişaf etdirilmişdi.

Pulsuz yüklənə bilməsi və musiqilər üzərində hakim olması proqramı rəqiblərindən üstün olmasına gətirib çıxarmışdı. 2014-cü ildə isə AOL şirkəti "Winamp"ı "Radionomy" adlı bir şirkətə satdı.

İndi isə "Winamp" mobil tətbiq kimi ortaya çıxmağa hazırlaşır. Radionomy baş icraçı direktoru Aleksandr Sabundjian "Winamp"ın mirasını daşıdıqlarını və növbəti mobil versiyanın sahəsində ən yaxşısı olacağını qeyd edib.

"Winamp" telefon və planşetlə yanaşı, həm də komputerlərdə də işləyəcək.

"Winamp"ın bu yeni versiyasının hansı görünüşdə olacağı və yeni xüsusiyyətləriylə bağlı hələki daha ətraflı məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.