Maraqlı

Namazda çox şəkk edən insan kimə deyilir və bunun ölçüsü nədir?

23 Oktyabr 2018 23:20
0 Şərh     Baxış: 1 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namaz əməllərini yerinə yetirmək mövzusunda "çox şəkk edən şəxs" adlı anlayış vardır (dini terminologiyada buna "kəsirüş-şəkk" deyirlər). Bu, elə adamdır ki, namaz zamanı vəsvəsə içində olur, namaz əməllərini yerinə yetirib-yetirmədiyi və ya düzgün yerinə-yetirmədiyi barədə şübhəyə düşür, bu zaman bir nəticəyə gəlib-çıxmır.

Milli.Az islam.az-a istinadən bildirir ki, özü də bu hal narahatlıq, gərginlik, qorxu, yorğunluq zamanı deyil, həmişə baş verir. Şəkkin ölçüsü barədə bunu yazırlar ki, bir namaz boyunca 3 dəfə şəkkə düşən yaxud ardıcıl üç namazın (məsələn, zöhr, əsr və məğrib) hərəsində heç olmasa bir dəfə şəkk edən adam kəsirüş-şəkk hökmünü daşıyır. O öz şəkkinə qalib gələ bilmək üçün hər hansı vasitədən istifadə edə bilirsə, etməlidir. Əgər bu mümkün deyilsə, şəkkə əhəmiyyət verməməli, qıldığı namazın düzgün olduğunu qəbul etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.