Maraqlı

Nəzir etmək Allahla şərt kəsmək hesab edilirmi və bu günahdırmı?

23 Oktyabr 2018 21:15
0 Şərh     Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nəzir etmək o zaman qəbuledilməz və günah iş olardı ki, bununla Allahın ehtiyacsızlığına şübhə ediləydi və ya xələl gələydi. Nəzir etmək Allahla şərt kəsmək deyil. Çünki şərtə aid olan xüsusiyyətlər nəzirdə yoxdur. Şərt kəsən adamlar bir-birinə qarşılıqlı surətdə hər hansı xeyir verəcəklərini bildirirlər. Halbuki, nəzirdə Allaha xeyir verəcək heç nə yoxdur.

Milli.Az islam.az-a istinadən bildirir ki, Allah öz bəndəsindən fayda almağa möhtac deyil; O, mütləq mənada ehtiyacsızdır. Nəzir edən Allahdan fayda alır və bunun əvəzində ya özünə, ya da başqalarına fayda yetirən əməllər etməyə söz verir. Şərt zamanı tərəflər bir-biri ilə eyni səviyyədə olurlar. Halbuki, nəzir edən şəxs öz acizliyini etiraf etmiş olur və Allahdan arzusunu diləyir. Həmçinin, nəzir zamanı bəzi şərtlərə də riayət edilməlidir. Məsələn, edilən nəzir insanın imkanları daxilində olmalıdır, vacib bir işi özünə qadağan etmək və ya haram bir işi özünə icazəli etmək məqsədi ilə nəzir söyləmək olmaz; bu cür nəzir batildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.