Maraqlı

Neyroşəbəkə zəlzələni proqnozlaşdıracaq

23 Oktyabr 2018 08:15
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio Universitetinin tədqiqatçıları geomaqnit sahəsində lokal dəyişiklikləri insandan daha tez ölçən neyroşəbəkə hazırlayıblar. Texnologiya zəlzələ və sunamilərin proqnozlaşdırılmasının dəqiqliyini artırmağa imkan verəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, zəlzələ və ya sunamilər zamanı pyezomaqnit adlanan effekt baş verir - parçalanma nəticəsində çıxan böyük miqdarda enerji geomaqnit sahəsinin lokal dəyişikliyinə səbəb olur.

Məlumata görə, təbii fəlakətlərin proqnozlaşdırılması zamanı əsas vəzifə dəyişiklikləri izləmək və əhalini ikinci dağıdıcı dalğa yaşayış ərazilərinə yaxınlaşmazdan əvvəl xəbərdar etməkdən ibarətdir.   

Seysmoloqlar tərəfindən neyroşəbəkəyə Yaponiya ərazisində yüzlərlə nöqtədə maqnit sahəsində baş verən tarixi dəyişikliklər üzrə aparılan müşahidələr haqqında məlumatlar yüklənilib. Nəticədə onlar təbii fəlakətlərlə əlaqədar dəyişiklikləri təxminən 100 faiz dəqiqliklə proqnozlaşdıran süni intellekt yaratmağa nail olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.