Maraqlı

Qadınların qəbirləri ziyarət etməsinə şəriətimizdə qadağan varmı?

23 Oktyabr 2018 07:31
0 Şərh     Baxış: 1 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu barədə alimlərin fikir ayrılığı vardır. İslam dünyasında geniş yayılmış fikrə görə qadınlar da qəbir ziyarətinə gedə bilərlər. Əlbəttə, bu zaman bəzi qaydalara riayət etməlidirlər. Məsələn, qəbristanlıqda ucadan ağlamaq, qışqırmaq, üzünü cırmaq, saçını yolmaq yolverilməzdir. Ümumiyətlə, qadının naməhrəm kişi ilə birlikdə qəbir ziyarətinə getməsi bəyənilmir. Dinimiz hər şeydən əvvəl qadının ehtiramının qorunmasını şərt bilir. Bəzi azsaylı alimlər isə ümumiyyətlə, qadınların qəbir ziyarətinə getmələrini icazəli bilmirlər. Qeyd edək ki, qadınların dəfn mərasimində iştirak etməsi hamı tərəfindən arzuolunmaz hal kimi qəbul edilir. Çünki qadın emosional cəhətdən həssas olduğu üçün naməhrəm kişilərin yanında səsini ucaldaraq ağlayıb ah-nalə edəcək, bununla da dini qaydaları pozmuş olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.