Maraqlı

Qurani-kərimin sair səmavi kitablardan əsas fərqi nədir?

23 Oktyabr 2018 07:11
1 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani-kərimdən başqa bütün səmavi kitabların orijinalı ya itmiş, ya da təhrif olunmuşdur. Məsələn, bəzi peyğəmbərlərə göndərilmiş səhifələr (sühüf) itib-batmışdır; yalnız hədislərdə bu səhifələrin bəzi fraqmentlərinə rast gəlirik. Tövrat, Zəbur və İncil isə müharibələr və yanğınlar nəticəsində məhv olmuş, sonralar insanların hafizəsinə əsasən bərpa edilmişdir. Bu kitabları zaman-zaman gah qəsdən, gah da bilməyərəkdən təhrif edib dəyişdirmişlər. Səmavi kitabların içində yalnız Quran zərrəcə dəyişməmişdir və qiyamətə kimi toxunulmaz qalacaqdır: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq" (Hicr, 9). Quranın digər səmavi kitablardan ən böyük fərqi də elə budur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.