Maraqlı

400 il bundan əvvəl batmış gəmi aşkar edilib

21 Oktyabr 2018 04:30
0 Şərh     Baxış: 1 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arxeoloqlar Portuqaliya sahillərinin yaxınlığında 400 il bundan əvvəl batmış ticarət gəmisi aşkar ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tarixçilər bu tapıntını "onilliyin kəşfi, Portuqaliya üçün isə tarixdə ən mühüm kəşf" adlandırıblar.

Gəmini Lissabonun yaxınlığındakı Kaşkayş şəhərinin həndəvərində 12 metr dərinlikdə aşkar ediblər.

BBC News agentliyinin verdiyi məlumata görə, batmış gəminin dövrəsində keramik qablar və üzərində Portuqaliyanın gerbi olan toplar səpələnib.

1575-1625-ci illərdə Avropa ilə Hindistan arasında ticarətin çox hissəsinə Portuqaliya nəzarət edirdi. Buna görə də arxeoloqlar hesab edirlər ki, bu gəmi məhz həmin dövrdə Hindistandan qayıdarkən batıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.