Maraqlı

Professor vegeterianları “taxılbeyin” adlandırdı

8 Dekabr 2018 20:22
0 Şərh     Baxış: 1 080

"Vegeterianlar taxıl beyindir" açıqlaması etirazla qarşılanan məşhur türk həkim, professor Canan Karatayın barəsində araşdırma başlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, xalqı kin və düşmənçiliyə təhrikdə və təhqir etməkdə ittiham olunur.

Öz fikrini müdafiə edən Karatay bir telekanalda yenidən müzakirələrə səbəb olan fikirlər səsləndirib.

Məlum açıqlamasını yenidən təkrarlayan həkim bunu ifadə azadlığı ilə əlaqələndirib və qeyd edib ki, həmin fikirləri insanları ayıltmaq üçün səsləndirib: "Hippokrat deyirdi ki, nə yesəniz osunuz. Taxıl yesəniz, taxıl, bitki yesəniz bitki beyinli olacaqsınız.

Vegeterianların özlərinə də dedim ki, siz ot yeyirsiniz, ot da canlıdır".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.