Maraqlı

Yəməndə xroniki aclıq yaşanır

22 Oktyabr 2018 16:42
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Dünya Ərzaq Proqramı (WFP) Yəməndə aclıq çəkən milyonlarla insana təcili yardım göstərilməsinə çağırıb. Qurum son 3 il ərzində ağırlaşan vəziyyətin mülki əhalini aclıq astanasına gətirdiyini bildirib.

Vəziyyət bu şəkildə davam etsə, ən adi ərzaq yardımına ehtiyacı olan əlavə 3,3 milyon, ümumilikdə isə 12 milyon yəmənli aclıqla üzləşəcək

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, WFP Yəmənin dünyada ən ağır aclıq böhranı keçirdiyini bəyan edib.

Təşkilatın hesabatında deyilir ki, 18 milyonluq əhalinin üçdə iki hissəsi nə zaman yemək yeyəcəyini bilmir.

Dünya Ərzaq Proqramı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəmənin liman şəhəri Hodeyda uğrunda apardığı kampaniyanın yarım milyon insanı evlərindən didərgin saldığını bildirib.

Təşkilatın sözçüsü Herve Verhusel insanların evlərini tərk etməsinin Yəmən valyutasının dəyər itirdiyi bir vaxta təsadüf etdiyini və bununla ən adi ərzaq mallarının qiymətinin kəskin yüksəldiyini bildirib.

"Vəziyyət bu şəkildə davam etsə, ən adi ərzaq yardımına ehtiyacı olan əlavə 3,3 milyon, ümumilikdə isə 12 milyon yəmənli aclıqla üzləşəcək" , Verhusel deyib.

BMT 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın hutilərə qarşı müharibəsi nəticəsində əksəriyyəti uşaq olmaqla 16 milyon insanın ya həlak, ya da yaralandığını bildirir. Təşkilat 400 mindən çox uşağın yetərincə qidalanmadığını deyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.