Maraqlı

Tütün şirkəti marixuana istehsal edəcək

8 Dekabr 2018 20:24
0 Şərh     Baxış: 200

İri tütün şirkəti olan "Altria Group" Kanadanın marixuana istehsalçısı olan "Cronos Group"un səhmlərinin 45%-ni alıb. "Altria Group" şirkəti "Marlboro" və "Parliament" əmtəə nişanlarına sahib olan "Philip Morris USA"nın ana şirkətidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu haqda "Business Wire" nəşri məlumat verib.

"Bizim "Cronos Group"la eksklüziv əməkdaşlığımıza qoyulan sərmayələr genişlənməkdə olan çətənə bazarında "Altria"nın böyüməsi üçün inanılmaz imkanlar açır", - deyə şirkətin nümayəndələri bildiriblər.

Qeyd olunur ki, sazişin məbləği təqribən 1,8 milyard dollar təşkil edib. Sazişə əsasən, "Cronos Group"un idarə heyətindəki yeddi yerdən dördünə "Altria Group" sahib olacaq. Həmçinin, yaxın dörd il ərzində tütün şirkətinin biznesdəki payı 55%-ə qədər artacaq.

Oktyabrın 17-də Kanadada marixuananın istifadəsinin tamamilə qanuniləşməsi haqda qanun qüvvəyə minib. Ertəsi gün kanadalılar marixuana satışı ilə məşğul olan saytlara axın edərək, satış mərkəzlərinini açılmasına isə saatlar qalmış növbələrə düzülüblər. Marixuananın istifadəsinin qanuniləşməsindən beş gün sonra bu sahədə ixtisaslaşmış mağazalar artıq marixuananın tükəndiyini bəyan ediblər. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.