Maraqlı

Avropa və Yaponiya Merkuri planetini tədqiq edəcək

19 Oktyabr 2018 21:12
0 Şərh     Baxış: 2 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı və Yaponiya Günəş sisteminin ən kiçik planeti olan Merkuriyə kosmik aparat göndərəcək.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi ilə Yaponiya Kosmik Tədqiqatlar Agentliyi "BepiColombo" layihəsi çərçivəsində "Ariane 5" raketini Fransa Qvineyasından 20 oktyabr tarixində kosmosa göndərəcək.

Missiyanın büdcəsi 1.6 milyard dolalrdır. Layihə həm Merkuri planeti haqqında geniş məlumatlar əldə etmək, həm də Günəş sistemi haqqında yeni məlumatlar aşkar etmək məqsədini daşıyır.

Raket 7 ildən sonra Merkuri planetinə çatacaq. Digər tərəfdən də Merkurinin Günəşə yaxın olduğu üçün kosmik aparat göndərməyin çox çətin olduğunu qeyd edən alimlər "BepiColombo" missiyasını ən çətin layihələrdən biri kimi qiymətləndirirlər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.