Maraqlı

Qurğuları müdaxilədən necə qorumaq olar?

20 Oktyabr 2018 08:46
0 Şərh     Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada internetə qoşulan ev qurğuları istehsalçıları üçün təhlükəsizlik kodeksi dərc edilib. Təlimat kiberhücumlar üçün istifadə edilən qurğuların mühafizəsini və hakerlər tərəfindən istifadəçi məlumatlarının oğurlanması ilə bağlı cinayətlərin qarşısının alınmasını nəzərdə tutur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hökumətin təşəbbüsü ilk növbədə qapı zəngləri, kameralar, oyuncaqlar və mühafizə siqnalları kimi kiçik "ağıllı" ev qurğuları istehsalçılarına yönəlib. Ekspertlər qeyd edir ki, əksər kiberhücumlarda belə qurğuların pis təhlükəsizlik səviyyəsindən istifadə olunub.

Məlumata görə, rəqəmli texnologiyalar, mədəniyyət, KİV və idman Departamenti və Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan sənədə istehsalçıların daha təhlükəsiz məhsullar hazırlaması üçün atacaqları 13 addım daxildir. Bu, müştərilərin şifrlənmiş məlumatlarının saxlanılması, proqram təminatının mütəmadi yenilənməsi, istifadəçilərə daha etibarlı parollar seçməklə bağlı tələblər və daha bir neçə müddəadır.

Sənəd müəllifi Corc Braşer "BBC" telekanalına müsahibədə qeyd edib ki, istifadəçilər təhlükəli qurğunu asanlıqla geri qaytarmaq imkanına malik olmalı, pərakəndə satış nöqtələri isə hücumlar üçün boşluğu olan qurğuları satmamaqla bağlı üzərilərinə öhdəlik götürməlidirlər. Onun sözlərinə görə, hökumət şirkətlərdən "Əşyalar interneti"nin təhlükəsizliyinin gücləndirilməsini tələb edən qanunlar hazırlamağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.