Maraqlı

Avropanın ən ucuz qış xizək kurortu - FOTO

21 Oktyabr 2018 22:49
0 Şərh     Baxış: 1 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lonely Planet" turizm bələdçisi nəşri Bolqarıstanın Bansko kurortunu Avropanın ən ucuz dağlıq xizək kurortu elan edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Banskoda altı günlük istirahət orta hesabla 460 avro təşkil edir. Ucuzluğuna görə, ikinci yeri İtaliyanın Pyemonte, üçüncü yeri isə Sloveniyanın Krasna Qora kurortları qərarlaşıb. İlk beşliyi İsveçin Vemdalen və Avstriyanın Rauris kurortları tamamlayıblar.

Hesabatın hazırlanmasında xizəklə sürüşmək üçün icazə, xizəklərin kirayəsi, dağüstü kafe və restoranlarda naharın və içkilərin qiyməti nəzərə alınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.