Maraqlı

Dünyanın nüfuzlu "Breakthrough Prize" mükafatı laureatlarının adları açıqlanıb

19 Oktyabr 2018 23:21
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı milyarder, internet layihələrinin sərmayəçisi Yuri Milner, "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və "Google" şirkətinin banisi Sergey Brin tərəfindən təsis edilən "Breakthrough Prize" mükafatının laureatlarının adları açıqlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "həyat elmləri" kateqoriyasında bu mükafata farmakoloq Frank Bennett və biokimyaçı Adrian Kreiner layiq görülüblər. Onlar neyrodegenerativ xəstəlik - orbital əzələ atrofiyası üçün ilk dərmanın təkmilləşdirilməsi işində nailiyyətlərinə görə təltif ediliblər. Angelika Amon və Syaobey Cjuan da həmin kateqoriya üzrə mükafata layiq görülüblər.

"Fundamental fizika" kateqoriyası üzrə isə mükafatı Pensilvaniya Universitetindən Çarles Kane və Yudjin Mel qazanıblar. Onlar materialların yeni sinfinin - yalnız səthdə elektrik cərəyanını keçirən topoloji izolyatorların varlığını proqnozlaşdırdıqlarına görə təltif olunublar.

Bundan başqa, riyaziyyat sahəsi üzrə mükafat Lenqlends proqramı sahəsindəki nailiyyətlərinə görə fransalı alim Vinsent Lafforquya, fizika sahəsində xüsusi mükafat isə pulsarları kəşf edən Şimali irlandiyalı astrofizik Coselin Bernell Bellə təqdim olunub.

Eyni zamanda, münsiflər heyəti riyaziyyat və fizika sahəsində "Yeni üfüqlər (New Horizons)" kiçik mükafatının 12 laureatının adlarını açıqlayıb.

Noyabrın 4-də mükafatların təqdimat mərasimi keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.