Maraqlı

"Xaç atası" və "Cangüdən"in çəkildiyi malikanə satılır - FOTO

19 Oktyabr 2018 13:36
0 Şərh     Baxış: 2 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Beverli-Hills şəhərinin mərkəzində yerləşən ən məşhur və bahalı malikanələrdən biri satışa çıxarılıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, malikanənin ilkin satış qiyməti 135 milyon dollardır. 1920-ci illərin sonlarında tikilmiş malikanə mediamaqnat Uilyam Rendolf Hörstə məxsusdur.

Dünya kinematoqrafiyasının tarixinə düşmüş bu malikanədə "Xaç atası" (The Godfather), "Cangüdən" (The Bodyguard) kimi filmlər çəkilib.

ABŞ-ın mərhum prezidenti Con Kennedi xanımı Jaklin ilə məhz bu malikanədə "bal ayı" keçirmişdilər.

Malikanədə xüsusi yeri memar Pol Tyenin layihəsi əsasında hazırlanmış landşaft hissə tutur. Malikanədə ikimərtəbəli kitabxana, nəhəng hovuzlar, tennis kortu, istirahət zonası, 19 yataq otağı, 29 vanna otağı, 400 qonaq üçün terraslar var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.