Maraqlı

Həbibə söydü, başına masa atdılar - VİDEO - FOTO

19 Oktyabr 2018 17:48
2 Şərh     Baxış: 3 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC çempionu titulu uğrunda irlandiyalı Konor MakQreqor və dağıstanlı Həbib Nurməhəmmədov arasındakı döyüş rinqdə və rinqdən kənardakı qalmaqalla yanaşı, azarkeşlər arasında dava ilə də yadda qalıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, döyüşün keçirildiyi Las-Veqas şəhərində (ABŞ, Nevada ştatı) "Casino Gate Casino" kazinosunda azarkeşlər döyüşdən sonra yığışıblar.

Bu zaman Nurməhəmmədovla MakQreqorun fanatları arasında mübahisə düşüb.

İrlandiyalı döyüşçünün pərəstişkarlarından biri Nurməhəmmədova söyməyə başlayanda əvvəlcə onun üzünə iki stəkan su atılıb. Amma fanat sakitləşməyib.

Belədə, ona kətil atıblar.

Kazinodan çıxarılan fanat xəstəxanaya aparılıb.

Üç dişi sınmış fanatın üzünə tikişlər qoyulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Həbibə söydü, başına masa atdılar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.