Maraqlı

Gələcək əri ürkütməməyin yolu

18 Oktyabr 2018 21:05
0 Şərh     Baxış: 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İngilis kişisi" deyəndə təsəvvürünüzdə hansı obraz yaranır? "Notting Hill" filmindəki Hugh Grant? Yoxsa "Qürur və qərəz" fimindəki, nəm köynək bədəninə yapışdığından əzələləri görünən Colin Firth? Təvazökar, dili yüngülcə pəltək vuran, qüsursuz davranışı və bir qədər məqsədsiz görünən nəzakətliyilə diqqəti cəlb edən qəhrəman?

Bir çox ölkələrdə kişilərlə müqayisədə ingilis kişiləri iradəsiz, daim inləyən, daima "olum, ya ölüm" kimi suallarla özlərini bezdirən kimi görünə bilərlər.

Amma stereotiplər aldadıcı ola bilər. Odur ki, ingilis kişilərlə görüşə gedən qadınlar, aşağıdıkı məlumatlar sizin üçün maraqlı ola bilər.

1. Gülləri unut və öz xərcini özün çək

Kişi və qadınYalnız ilk görüşdə belə şey ola bilər. Sonrakı görüşlərdə öz xərclərini özün ödəyəcəksən.

Ola bilsin ki, ilk görüşdə kişi sizin yerinizə pul ödəsin. Lakin sonrakı görüşlərdə xərcləri özünüz ödəməli olacaqsınız.

İngilis kişisi qadına əyləşməyə kömək etməz, onun üçün əyləncə, gül və hədiyyələrə pul xərcləməz.

İngiltərədə bütün hesablar - nahardan ipoteka kreditinə qədər - kişi və qadın arasında bərabər bölünür. Hətta qadın kişidən az qazansa belə...

Elə qadınlar da var ki, bütün xərcləri özləri çəkməyə hazırdırlar. Ona görə yox ki, onlar zəngindirlər.

Belə qadınlar hesab edirlər ki, kişi onların xərcini ödəyirsə, onda belə hesab edə bilər ki, bunun əvəzində ona nəsə çatmalıdır.

Odur ki, ilk görüş zamanı çalışın öz iştahınızın haqqını əməlli-başlı ödəyəsiniz. Əslində ödəməkdən başqa şansınız da yoxdur.

2. Öz corablarını özü yusun

Paltaryuyan maşınPaltaryuyan maşın bütün paltrayuma işlərini görə bilir.

Moskvadan gəlmiş 28 yaşlı Tanya indi Londonda öz ingilis sevgilisilə yaşayır. O deyir ki, qadın kişinin qulluqçusu yox, partnyoru olduğunu unutmamalıdır.

"İngilislər qadını ev işləri görən qulluqçu kimi yox, dost və partnyor görmək istəyirlər", - Tanya deyir.

"Rusiyada qadınlar hesab edirlər ki, kişi mətbəxə yalnız yeməyini yemək üçün gəlməlidir. Ev işlərini şərikli görmək bizim üçün təsəvvüredilməz, ingilis qadınları üçün isə bu, adi qaydadır , - ingilis sevgilisi olan digər bir rusiyalı qadın, 24 yaşlı Anastasiya deyir.

Kişilər də qab yuya bilir.

İngiltərədə ənənəvi gender stereotipləri artıq, demək olar ki, qalmayıb.

Keçirilmiş sorğular göstərib ki, rəyi soruşulanların üçdə dördü qadının yalnız ev işlərilə məşğul olması ilə razı deyil. 10 il bundan əvvəl belə düşünənlərin sayı ümumi sayın təxminən yarısı qədər idi.

Rusiyada isə keçirilən sorğu göstərib ki, qadınlar ölkədə gender bərabərliyinin mövcud olmadığı qənaətindədirlər, "feminizm" terminini isə nə qadınlar, nə də kişilər qəbul etmirlər.

3. İdman şalvarı geyməkdən utanmayın

İngilis qadını.İngilis sevgili sizin həmişə model kimi geyinəcəyinizi gözləmir. Qonaqların qarşısına, əlbəttə, yaxşı paltarda çıxmaq yaxşıdır, amma qalan vaxtı necə gəldi geyinə bilərsiniz.

Rusiyada qadınlar bəzən hətta mağazaya gündəlik ərzaq almaq üçün gedəndə də makiyajda və hündürdabanda gedirlər.

İngiltərədə isə səhər oyanıb elə həmin görünüşdə də ərzaq almaq üçün mağazaya yollanmaq mümkündür.

Əgər supermarketdə qarşınıza dar paltarlı, hündürdaban geymiş, makiyajlı qadın çıxarsa, deməli bu, cümə gününün axşamıdır və həmin o qadın spirtli içkilər olan şöbəyə yolanır.

Dəb paltarı geyinmiş qadın.Qadınların Rusiyada bər-bəzəkli geyinmək ənənəsinin səbəbi, bəlkə, kişilərin çatışmaması ilə bağlıdır?

Tanya hesab edir ki, Rusiyada qadınlar kişiləri fəth etmək uğrunda mübarizə apardıqlarından öz xarici görünüşlərinə daha artıq diqqət yetirirlər. O, bunu ölkədə mövcud olan gender balanssızlığı ilə əlaqələndirir.

4. Heç olmasa, ilk əvvəl nəzakətli olmağa çalışın

Ər-arvad münasibətləriHər şəyi dərha üzə deməyin. Sizi anlamaya bilərlər.

Ruslar sizin üzünüzə nə düşündüklərini birbaşa bildirməkdən utanmırlar.

"Bu yaxnlarda mənim dayımqızı ucadan ərinə dedi: gör, necə kökəlmisən!" - Anastasiya deyir.

Ruslar düşündüklərini dərhal üzə deyirlər.

Genetik səviyyədə nəzakətli olmağa proqramlaşdırılmış ingilislər üçün belə davranış ağlasığmazdır. Söhbət zamanı sükut yarandıqda, ingilislər boşluğu dolurmaq üçün nə gəldi danışmağa başlayırlar.

5. Onlar həmişə nəyləsə məşğuldurlar!

İdmançı qadınO sizi ağırlıq qaldırmağa da məcbur edə bilər!

Həm Anastasiya, həm də Tanya hesab edirlər ki, ingilis kişiləri çox fəaldırlar və həmişə harasa tələsirlər. Onlar səyahətə çıxırlar, konsertlərə gedirlər. Rus kişiləri isə evdə oturub pivə içir.

Onları heç nə maraqlandırmır. Görünür, bunun səbəbi onların nə siyasətdə, nə də iqtisadiyyatda heç nəyə təsir edə bilməmələrilə bağlıdır. Hətta zəhmətkeş adam da yaxşı işə düzələ biləcəyinə əmin deyil, onda əlavə əziyyətə qatılmağa nə ehtiyac?" - Tanya deyir.

6. Müstəqillik xərc tələb edir

Qadın kompüter qarşısındaMüstəqillik və nəzarət o deməkdir ki, hər şeyə cavabdeh indi özünüz olacaqsınız.

Tanya etiraf edir ki, İngiltərədə qadınlar daha müstəqildir və həyatlarına nəzarət özlərindədir. Lakin bu üstünlüyün əks cəhətləri də var.

"Düşünmürəm ki, burada qadınlar partnyorlarına arxalana bilsin, ondan emosinal dəstək gözləsinlər. Mən kədərli olanda o hesab edir ki, bu mənim şəxsi işimdir, öhdəsindən özüm gələrəm", - Tanya deyir.

7. Gəlinlik paltarı almağa tələsməyin

Bəy və gəlinTələsdirməyin - qaçacaq!

Və sonda ən əsası: ingilislər həyat yoldaşı seçməyə tələsmirlər, onlar görüşə, sadəcə, əyləncə kimi gəlirlər.

"Gözləməyin ki, o, sizə elə ilk görüşdən sonra vurulacaq", - Tanya xəbərdarlıq edir.

Rusiya ilə müqayisədə İngiltərədə evlənmək barədə daha yuxarı yaşlarda ciddi düşünməyə başlayırlar. İngiltərədə, sorğulara görə, qadınlar orta hesabla 31 yaşında ərə gedirlər, kişilər isə 33 yaşında evlənirlər. Rusiyada isə bu göstəricilər, müvafiq olaraq qadınlar üçün 24 yaş, kişilər üçün isə 27 yaşdır.

"Mən başa düşdüm ki, ciddi münasibətlər axtarmadığımı və buna məcbur etməyə yol verməyəcəyimi dərhal anlatmalıyam, - Harry adlı gənc kişi deyib. - Ən əvvəldən elə edin ki, heç bir anlaşılmazlığa yer qalmasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.