Maraqlı

100 yaşlı nənənin toyu oldu - VİDEO - FOTO

18 Oktyabr 2018 13:41
12 Şərh     Baxış: 2 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya sakini, 100 yaşlı Nora Uitkiss özündən 26 yaş kiçik sevgilisinə ərə gedib.

Milli.Az The Mirror-a istinadən bildirir ki, uzun müddət məktəb yeməkxanasında aşpaz işləmiş Nora nənə ilə 74 yaşlı Malkolm Yetsin toyu Uelsin şimalındakı Denbişir qraflığında, Prestayn şəhərindəki "The Beach Hotel"də olub.

Nora Uitkissin dediyinə görə, Malkolm Yetslə 38 il əvvəl, müasir bal rəqsləri dərsində tanış olub. Onlar görüşməyə başlayıblar və o vaxtdan bəri ayrılmayıblar.

Əvvəllər avtobus sürücüsü işləmiş Yets deyib: "Dərslərə qatılanda rəqs edə bilmirdim. Nora mənə yardım etdi. Sonra birlikdə səyahətlərə, gəzintilərə çıxdıq. Sevimli rəqsimiz ça-ça-ça idi".

Yarım saat davam edən nikah mərasimində 30 qonaq vardı. 74 yaşlı Yets 100 yaşlı Uitkissi nikah zamanı ABB-a qrupunun "Dancing Queen" mahnısının sədaları altında keşişin yanına aparıb.

"Gəlin olmaq möhtəşəmdir. Bu qədər il gözləməyə dəyərdi. Daha çox gözləyərdim. Onun mənimçün etmədiyi yoxdur. Onsuz yaşaya bilmərəm", - Nora Uitkiss deyib.

19 yaşında ərə getmiş Noranın həyat yoldaşı 1970-ci ildə vəfat edib. Daha sonra o, ikinci dəfə ərə gedib. Noranının ikinci əri 16 illik izdivacdan sonra dünyasını dəyişib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
100 yaşlı nənənin toyu oldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.