Maraqlı

“Survivor 2019”un ilk iştirakçısı məlum oldu

18 Oktyabr 2018 11:06
1 Şərh     Baxış: 1 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TV8" kanalında yayımlanan "Survivor" yarışmasının növbəti mövsümü üçün ilk iştirakçının adı açıqlanıb.

Milli.Az qafqazinfo-ya  istinadın xəbər verir ki, bu, "MasterChef" adlı yemək verilişində iştirakçı olmuş Murad Özdəmirdir.

Daha öncə "Yemekdeyiz" verilişində aqressiv hərəkətlər etdiyi üçün yarışmadan qovulan M.Özdəmir, "MasterChef"də diqqətləri üzərinə cəlb etməyi bacarıb. Daha çox polemikaları ilə gündəmə gələn aşpazın "Survivor"da da iz buraxacağı gözlənilir. 45 yaşı olan Murad evlidir və bir qızı var.

Qeyd edək ki, "Survivor 2019" Türkiyə və Yunanıstan komandaları arasında keçiriləcək. Yarışma gələn ilin fevralında başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.