Maraqlı

"Kökəlmək istəyirəm" - Məşhur modeldən gözlənilməz açıqlama - VİDEO - FOTO

18 Oktyabr 2018 13:23
0 Şərh     Baxış: 2 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hə, bilirəm ki, arığam, sısqayam. Bunu anlayıram. Hamburger yeyirəm, bir qədər kökəlmək istəyirəm.

Məşhur supermodel Cici Hədid belə deyib.

Milli.Az bildirir ki, Cici Hədid həmkarları Kendall Cenner, Eşli Qrem və Paloma Elsesser ilə birlikdə Vogue jurnalının "Forces of Fashion Conference" proqramına qatılıb.

Proqramın aparıcısı Nikol Felpsin suallaırı cavablayarkən Cici Hədid modellərin ifrat arıq olmasının gərəkdiyi fikrini çox pis və yanlış hesab etdiyini vurğulayıb.

Vücudları "moda standartları"na cavab verməyən qadınların dəstəklənməsi məqsədilə yaradılmış "#MeToo" heşteqli aksiyanı dəstəklədiyini deyən Cici Hədid moda brendlərinin də tolerant davranmasının gərəkdiyini söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.