Maraqlı

Bu milyarderin 11 qəsri və malikanəsi var - FOTO

18 Oktyabr 2018 10:48
0 Şərh     Baxış: 2 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anders Hols Poulsen kimsənin təxminləmədiyi şəkildə Britaniyanın ən böyük daşınmaz əmlak sahiblərindən birinə çevrilib.

Milli.Az The Sun-a istinadən bildirir ki, danimarkalı milyarderin hazırda Şotlandiyada 11 qəsri və malikanəsi var. Bu əmlakın ümumi sahəsi 221 min hektardan artıqdır.

Poulsen Şotlandiyanın daşınmaz əmlak bazarına ekspansiyasını 12 il əvvəl, 2006-cı ilin payızında başlayıb. O zaman 33 yaşında olan Poulsen Qlenfişdə 7,9 milyon funt-sterlinqə malikanə almışdı.

Daha sonra o, Kerinqorms milli parkının yaxınlığında ərazisi 42 min hektar olan nəhəng malikanəyə, Lox-Ness gölünün cənub sahilində Alduri qəsrini, Sazerlenddəki Kinlox bölgəsində qəsr Lox Eribollda qəsr və malikanə satın almışdı.

Daha sonra o, Fort-Uilyam yaxınlığında 23 min hektarlıq "Braeroy" maikanəsini, Vusterşirdə iki qəsri, sonda da 217 min hektar ərazili və bir zamanlar hersoq Bukkeleyə məxsus olmuş qəsri satın alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.