Maraqlı

Azərbaycana gələn turistlərin hər 5 nəfərindən biri Körfəz ölkələrinin vətəndaşları olub

17 Oktyabr 2018 17:05
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 2208,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gələnlərin 31,2 faizi Rusiya, 19,8 faizi Gürcüstan, 10 faizi Türkiyə, 9,2 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,0 faizi Səudiyyə Ərəbistanı, 2,7 faizi İraq, 2,0 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 65,3 faizini kişilər, 34,7 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 8,4 faizi yanvar, 7,5 faizi fevral, 12,5 faizi mart, 9,9 faizi aprel, 9,4 faizi may, 12,2 faizi iyun, 15 faizi iyul, 14,6 faizi avqust, 10,5 faizi isə sentyabr ayında ölkəyə gəlib.

Cari ilin yanvar-sentyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə ölkəmizə gələn Bəhreyn vətəndaşlarının sayı 2,2 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 2 dəfə, Qətər vətəndaşlarının sayı 1,7 dəfə, İraq vətəndaşlarının sayı 14,4 faiz, Oman vətəndaşlarının sayı 7,6 faiz artıb.

İrandan gələnlərin sayında 32,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,7 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 467,8 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

2018-ci ilin yanvar-sentyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 8,9 faiz artaraq 88,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 813,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,1 faizi dəmir yolu və avtomobil, 42,9 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.