Maraqlı

Robot "Pepper" Böyük Britaniya parlamentində çıxış edib

17 Oktyabr 2018 21:39
0 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyada düzəldilmiş "Pepper" adlı insanabənzər robot Böyük Britaniya parlamentinin komitə üzvləri qarşısında çıxış edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Böyük Britaniya parlamentində tarixdə ilk dəfə çıxış edən robotdur.

Böyük Britaniya qanunvericiləri Yaponiyanın "Softbank Group" şirkəti tərəfindən hazırlanan "Pepper" adlı robotun ingilis dilində çıxışını böyük maraqla izləyiblər.

"Pepper" qanunvericilərə yaşlı insanlara xidmət edəcək robotların istehsalı sahəsində əldə edilən uğurlardan danışıb. Qeyd edib ki, layihənin məqsədi səhiyyə sisteminin üzərinə düşən ağır yükü azaltmaqdır. Eyni zamanda, bu layihə yaşlı insanlara sərbəst yaşamaqda, həyat şəraitini yaxşılaşdırmaqda və təklikdən uzaqlaşmaqda kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.