Maraqlı

Dünyanın ən yaşlı insanı: "Uzun ömür Tanrının mənə cəzasıdır"

17 Oktyabr 2018 22:29
8 Şərh     Baxış: 4 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən yaşlı insanı olan Koku İstanbulova həyatı boyu bir gün də üzünün gülmədiyini bildirib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, qadın bu səbəbdən uzun ömür sürməsini mənasız adlandırıb.

Dünyanın ən yaşlı insanı sayılan Koku İstanbulova Rusiyada yaşayır. Onun 129 yaşı var. Qadın həyatı boyu bir gün də olsun xoşbəxt olmadığını və uzun ömrün ona Tanrı tərəfindən verilmiş bir cəza olduğunu deyir:

"Dünyada heç bir xoşbəxt günüm olmadı. Həyatımda bir gün də olsun xoşbəxt olmadım. Hər zaman çox işlədim və həyət işləri ilə məşğul oldum. Yorulmuşam. Uzun ömür mənə Tanrının bir hədiyyəsi yox, cəzasıdır".

Rusiyada burjua inqilabı olanda Kokunun 28 yaşı olub. İkinci dünya müharibəsi başa çatanda isə 56 yaşı olub. SSRİ dağılanda İstanbulovanın 103 yaşı olub. O, ikinci dünya müharibəsində nasist tanklarının kəndlərinə necə girdiyini xatırlayır. Faşist Almaniyası məğlub olduqdan sonra nasistlərlə əməkdaşlıq etməkdə ittiham edilən Koku Qazaxıstan və Sibirə sürgün edilən çeçen xalqının nümayəndəsidir.

Koku uzun ömür yaşamağının sirrini bilmir. Ailə faciəsi haqqında danışmaq istəməyən İstanbulovanın bir çox övladı dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.