Maraqlı

Saqqallı kişilər xoşunuza gəlir? - Amma fikriniz tez dəyişə bilər

16 Oktyabr 2018 21:06
0 Şərh     Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəmiyyətdə gözəllik standartları zaman keçdikcə dəyişir - bu, məlum faktdır. Eyni zamanda, gözəllik barədə bizim şəxsi təsəvvürlərimiz də dəyişə birlər - bəzən, cəmi bir bir neçə dəqiqəyə.

Saqqallar dəbə girəndən əvvəl mənim üzü təmiz qırxılmış kişilərdən xoşum gəlirdi. Sonra saqqal modası başladı. İndi çoxsaylı saqqallı kişilərə baxanda, mən bu görünüşdə olanlara daha diqqətlə baxıram. Güman ki, bunu edən tək mən deyiləm.

Guardian qəzetinin keçirdiyi sorğuda iştirak edən qadınlardan biri deyib: "Saqqallı kişiləri daha cazibədar sayıram. Bu, əvvəl vacib deyildi, indi isə tanışlarımın təxminən yarısı saqqallıdırlar".

Minillərlə davam edən təkamül bizə müəyyən cizgilərin gözəl olduğunu aşılayıb. Misal üçün, simmetrik sifətləri biz daha cazibədar sayırıq.

iz bilirik ki, gözəllik standartları zaman keçdikcə dəyişir, amma bu, uzun müddət ərzində, media və geniş dairələri əhatə edən mədəni dəyərlər və baxışların təsiri altında baş verir.

Hərənin öz zövqü olduğunu anlasaq da, çoxları inanır ki, onların gözəl saydığı cizgilər ömürləri boyu dəyişməz qalır.

Lakin sən demə, bizim gözəllik standartlarımız düşündüyümüzdən daha sürətli tərzdə dəyişirmiş - bu, bəzən il və ya aylar yox, cəmi bir neçə dəqiqə ərzində baş verə bilər.

"Araşdırmalar göstərir ki, gözəllik baxanın gözü ilə ölçülsə də, baxanın özünün daim dəyişdiyi də nəzərə alınmalıdır, - Johns Hopkins Universitetinin Carey Biznes Məktəbinin dosenti Haiyang Yang deyir.

Onun keçirdiyi araşdırma göstərib ki, bizim gözəllik standartlarımız başqalarının təsiri altında dəyişə bilər.

"İnternet dövründə insanlarda gözəllik standartları barədə təsəvvür daha sürətlə dəyişməyə başlayıb", - Yang qeyd edir.

Смеющаяся женщина

Bunun səbəbi - internetin bizə hər gün göndərdiyi minlərlə foto və onlayn-tanışlıq xidmətlərilə bağlı ola bilər.

Son araşdırmalar göstərir ki, gözəllik barədə təsəvvürlərimiz sürətlə dəyişməklə yanaşı, hansı sifətlərə baxmağımızdan da asılıdır.

Saytlarda və mobil tətbiqlərdə belə dəyişiklik saniyələr ərzində baş verir.

Sydney Universitetində keçirilmiş təcrübədə qadınlar 60 kişinin nə dərəcədə cazibədar olduqlarını qiymətləndiriblər. Kişilərin fotoları ekranda saniyənin üçdə biri ərzində göstərilib.

Alimlər müəyən ediblər ki, növbəti kişi sifətinin cazibədar olub-olmamasına əvvəlki şəkil təsir göstərib: iştirakçılar hansısa sifəti cazibədar sayıblarsa, ondan sonra gələni də onlara cazibədar görünüb.

Мужчина улыбается

Və əksinə: əvvəlki fotoda insan cazibəsiz görünubsə, növbəti şəkildə də insanın cazibəsiz görünəcəyi ehtimalı yüksək olub.

Ona bənzəyirdi ki, təcrübə iştirakçılarının gözəllik standartları hər yeni sifət göstərildikcə dəyişirdi.

Bu hal informasiyanın beynimizdə necə təhlil edilməsilə bağlıdır.

"Beynimiz gözlərimiz vasitəsilə aldığımız vizual informasiyanın təhlilini çatdıra bilmədiyindən, fürsət olanda işini sadələşdirir - əvvəlki vizual informasiya təhlilini əsas götürür", - Sydney Universitetindən araşdırma müəllifi Jessica Taubert deyir.

Beynimizin istifadə etdiyi bu cür sadələşdirmə üsuluna bəzən ardıcıllıq asılılığı da deyilir.

Yəni, adətən, biz cismin fiziki cizgilərinin bir andan digərinədək stabil qalacağını güman edirik. Misal üçün, əgər siz qəhvə fincanına baxıb nəzərinizi kənara yönəldirsizsə, siz əminsiniz ki, həmin fincandakı qəhvəyə yenidən nəzər salacağınızda o, yenə də eyni cür görünəcək.

Мужское лицо

Tanışlıq saytlarındakı fotolara da baxanda beynimizdə eyni proseslər gedir.

Bir fotodan o birisinə keçəndə, biz illüziyanın təsirinə düşürük.

Beynimiz növbəti fotonunun təhlilini çatdırmadığından, yeni sifəti əvvəlki kimi dəyərləndirir.

"Beynimizin yeni vizual mühitə tez bir zamanda uyğunlaşmağa çalşdığı yeni fakt deyil. Yeni olan bu mühitin dəyişmə sürətidir", - araşdırmanın həmmüəllifi Azusa Pacific Universitetinin keçmiş psixologiya dosenti Teresa Pegors deyir.

Женское лицо

"Beləliklə, gözəllik daim dəyişən kateqoriyaya çevrilir. Ola bilsin ki, uzun müddət ərzində bir partnyorla kifayətlənməyimizin getdikcə çətinləşməsinin səbəblərindən biri də məhz bundadır".

Ani baxış effekti

Əgər internetdə sizin xoşunuza gələnlərin sayı real həyatdakından çoxdursa, bunun səbəbi sosial şəbəkələrdə səhifələrə baxış sürətilə bağlı ola bilər.

Tədqiqatçılar müəyyən ediblər ki, ani baxışda insanlar daha cazibədar görünür, nəinki, onlara diqqətlə baxanda.

Смеющийся мужчина

Gözəllik - vacib parametrdir, axı həmin insan, potensial olaraq, sizin partnyorunuz ola bilər. Ona görə, kifayət məlumat almadıqda, beynimiz vacib olanı seçir - gözəlliyi.

"Əgək kimisə olduğundan daha gözəl sanmısınızsa, bunu ikinci dəfə baxanda aydınlaşdıra bilərsiniz. Lakin kiminsə gözəlliyini sezə bilmədinizsə, onda onunla münasibət qurmaq şansınızı itirmiş olursunuz", - Stanford Universitetindən psixoloq-alim və araşdırmanın həmmüəllifi David Eagleman deyir.

Tanışlıq saytlarında profilləri səhifələyəndə məhz, "ani baxış effekti" özünü göstərir.

Улыбающаяся девушка

"Tanışlıq tətbiqlərində profil səhifəsini çevirib sonra heyfslənməkdənsə, diqqətlə baxıb, həmin variantın sizə uyğun olub-olmadığını yoxlamaq daha yaxşıdır", - Eagleman məsləhət görür.

Teresa Pegors belə halların müsbət tərəfini də qeyd edir: bu, sübut edir ki, beynimizə müxtəlif informasiya göndərməklə beynimizdə yaranan təsəvvürlərə təsir etmək mümkündür.

Улыбающаяся женщина

"Beynimizin gözəlliyi vizual olaraq qavraması gördüyümüz üzdən-üzə dəyişir. Yəni, qazandığımız təcrübəmiz əsasında gözəllik standartlarımız daha realistik olur", - Teresa Pegors qeyd edir.

O, fikrini davam edir: "Başqa sözlə, biz əlçatmaz gözəllik idealına yapışıb qalmırıq. Biz belə şəkillərə daha az baxa bilərik".

Bunun üçün isə öyrəşdiyimiz tanışlıq tətbiqindən sadəcə çıxmaq lazımdır.... Əlbəttə, bunu demək, etməkdən daha asandır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.