Maraqlı

Əməlin dəyəri nədir?

18 Oktyabr 2018 23:45
0 Şərh     Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanların yaxşılıqlarının ölçüsü əməlin düzgünlüyü ilə kifayətlənməz. Əslində əməli məqam cəhətdən yükəldən amillər - gözəl əxlaq, həmin əməlin bəyənilən olmasına görə ölçülmüş fikirlərdir.

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, insanların doğruçu olması xəbəri sizə çatar, ancaq bununla qane olmayın. Onun ağlının və fikrinin doğruluğuna diqqət edin".

Yəni, insanın dərk dərəcəsi mühümdür. Çünki hər kəsin elm və əməli ağlının miqdarına görə olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan əməli o zaman mənəvi cəhətdən yüksələr ki, insan həmin əməlin bəyənilən olmasını dərk edər və onu ixlasla yerinə yetirər. Bu əməldəki niyyətini və qəsdini düzgün təyin edər. Yəni, həm elmi və həm də əməli onun dərk səviyyəsinin miqdarına əsasən baş verər. Bu əməlin yaxşılığı və bəyənilən olması da məhz bu meyara əsasən müəyyən olunar, yəni dərk səviyyəsinin ölçüsünə görə.

İmam Əli (ə) buyurur: "Ey insanlar! Bilin ki, dininizin təkmil və kamil olması - dini elmi öyrənməkdə və ona əməl etməkdədir. Bilin ki, dini elmi öyrənmək, sizin üçün mal əldə etməkdən daha lazımlıdır.

Çünki mal və ruzi Allah tərəfindən sizin aranızda bölünər. Ancaq İlahi elm, onun əhli yanında saxlanılar. Siz vəzifələndirilmisiniz ki, onu əhlindən tələb edəsiniz. Ona görə də onu axtarın".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "O kəs ki, İlahi əhkam və dini göstərişlərə qarşı nadan və cahil olar - sağ olsa da, ölü kimidir. O kəs ki, dini məsələ və göstərişlərə qarşı alim olarsa - dünyadan getsə də, sağdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.