Maraqlı

Evdə ailə üzvləri ilə birlikdə camaat namazı qılmaq üçün...

18 Oktyabr 2018 21:15
0 Şərh     Baxış: 1 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evdə ailə üzvləri ilə birlikdə camaat namazı qılmaq üçün ən azı neçə nəfərin namaza qatılması lazımdır?

Namazları camaat şəklində qılmaq bəyənilən əməldir. Evdə ailə üzvləri də gündəlik namazları camaat şəklində qıla bilərlər. Camaat namazının düzgün sayılması üçün imamdan (pişnamazdan) əlavə daha bir nəfərin olması kifayət edər; istər həmin bir nəfər kişi olsun, istərsə qadın. Qeyd edək ki, qadının kişiyə imamlıq etməsi düzgün deyil, amma kişi qadına imamlıq edə bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər imama iqtida edən şəxs bir nəfərdirsə və kişidirsə, yaxşı olar ki, imamın sağ tərəfində dursun. Əgər iqtida edən kişilərin sayı birdən çoxdursa, gərək imamın arxasında dursunlar. İmama tək qadın iqtida edirsə, onun sağ tərəfində, amma bir qədər arxada durmalıdır, qadının səcdə yeri imamın dizinin dəydiyi yerdən qabaqda olmamalıdır. Əgər bir neçə qadın iqtida edərsə, onlar da imamın arxasında dursunlar. Əgər bir kişi və bir qadın iqtiqa edərsə, kişi imamın sağında, qadın da imamın arxasında durmalıdır. Əgər çox kişi və çox qadın namaza durarsa, gərək kişilər imamın arxasında, qadınlar da kişilərin arxasında dursunlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.