Maraqlı

Android üçün yeni təhlükəli virus aşkarlanıb

18 Oktyabr 2018 08:35
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cisco" şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə ekspertləri "Android" əməliyyat sistemi üçün yeni fırıldaqçı virus aşkarlayıblar. Bu barədə şirkətin bloqunda deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər tərəfindən "Gplayed" adlandırılan təhlükəli proqramın yaradılmasında cinayətkarlar rəsmi "Google Play" əlavəsinin surətini çıxararaq istifadə ediblər. Yüklənmədən sonra qurğunun ekranında "Google Play Marketplace" imzası ilə işarə görünüb.

Məlumata görə, inzibatçılıq hüquqlarına malik proqram kibercinayətkarlara qurğunu məsafədən idarə etməyə imkan verib. Onlar müstəqil şəkildə qurğunu bloklaya və ya onu zənglərin edilməsi və ya bildirişlərin göndərilməsi üçün istifadə edə biliblər. Qurğunun yaddaşında saxlanılan informasiya ilə yanaşı, əlavə ödəniş məlumatlarını oğurlayır.

Mütəxəssislərin sözlərinə görə, hazırda cinayətkarlar tərəfindən aktiv sınaqdan keçirilən yeni texnologiya gələcəkdə "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün ciddi təhlükə törədə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.